Elm və təhsil
NASA alimindən şok iddia: Yadplanetlilər Yerə gəliblər, bu tarixdən aramızdadırlar
ABŞ-ın NASA-nın Eyms Araşdırma Mərkəzinin keçmiş elmi işçisi, Nyu-York Ştat Universitetinin astrofiziki Kevin Knut Yerə yadplanetli sivilizasiyaların gəlişi ilə bağlı diqqətçəkən iddia irəli sürüb.
Publika.az xəbər verir ki, bu barədə "Popular Mechanics" nəşri məlumat yayıb.
Alimin sözlərinə görə, əgər yadplanetli sivilizasiyalar həqiqətən də Yerə gəliblərsə, bu hadisə yaxın keçmişdə deyil, təxminən 1,2 milyon il əvvəl baş verib.
Knut bu nəticəyə kompüter modelləşdirməsi əsasında gəldiyini bildirib. O, qalaktikada ulduzlararası səyahət edə bilən 10 milyon hipotetik sivilizasiyanın inkişafını modelləşdirib. Hesablamalarda kosmik gəmilərin sürəti, sivilizasiyaların mövcudluq müddəti, uçuş məsafəsi və yeni ulduz sistemlərini koloniyalaşdırmaq ehtimalı nəzərə alınıb.
Araşdırmaya görə, hər hansı ulduzlararası sivilizasiyanın Yerə çatmaq ehtimalı cəmi 0,000405 faiz təşkil edir. Model göstərir ki, belə bir səfər baş veribsə, onun orta hesabla 1,2 milyon il əvvəl baş tutması daha real görünür.
Astrofizik həmçinin bəzi naməlum anomal hadisələrin (UAP, əvvəllər UNO kimi tanınan obyektlər) mənşəyinin yerdənkənar ola biləcəyini istisna etməyib. O bildirib ki, belə obyektlərin hərbi bazalar və nüvə infrastrukturu yaxınlığında müşahidə olunması barədə məlumatlar mövcuddur.
Bununla yanaşı, Kevin Knut vurğulayıb ki, bu obyektlərin mənşəyi hələ də məlum deyil və onların elmi metodlarla daha ətraflı araşdırılmasına ehtiyac var. Alim hazırda UAPx layihəsində və ABŞ-ın Naməlum Anomal Hadisələrin Araşdırılması üzrə Elmi Məşvərət Şurasında fəaliyyət göstərir.
Müəllif: Adəm
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

















.webp)






.jpg)













