Əmlak
Aİ Trampın qələbəsindən qorxuya düşdü: "Ukrayna bəla içindədir!"
ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsindən sonra Ukrayna böyük problemlə üzləşə bilər.
Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) rəsmiləri və diplomatları Britaniyanın “The Financial Times” (FT) nəşrinə müsahibəsində bildiriblər.
Avropalı diplomatlar Trampın əsas ştatlardakı qələbəsinin miqyasından şoka düşdüklərini bildiriblər və qeyd ediblər ki, həm xalqın səsini, həm də Seçicilər Kollegiyasını qazanaraq, o, Amerikanın ilk gündəliyində daha da cəsarətli olacaq.
FT-nin həmsöhbətlərindən birinin açıqlamasında bildirdiyi kimi, o, Aİ-də bir çoxları kimi, Trampın prezidentliyi perspektivindən qorxur.
Başqa bir yüksək səviyyəli mənbə isə prosesləri belə şərh edib: "Ukrayna böyük bəla içindədir!"
Qeyd edək ki, Trampı prezident seçkilərində qələbəsi münasibətilə ilk təbrik edənlərdən biri də Ukrayna prezidenti Vladimir Zelenski olub. O, müraciətində Rusiya ilə münaqişənin həllində səmərəli əməkdaşlığa və yardıma ümid etdiyini bildirib.
Adəm Abbaslı
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
-
Dünya07:35Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?
-
ABŞ06:16ABŞ Yaxın Şərqə daha bir nəhəng hərbi qüvvə göndərdi - İrana qarşı yeni plan işə düşür?
-
Avropa05:45Avropaya üz tutan miqrantlar Afrikaya göndəriləcək - Beş ölkədən qərar
-
Ekologiya03:44Noyabrın sonunadək Bakıda hava necə olacaq? - Xəbərdarlıq
-
ABŞ02:19ABŞ banklarında kütləvi nasazlıq yaşanır - Gözlənilən “rəqəmsal qiyamət” başladı?
-
Region16 Noyabr 22:32Tehranda HHM sistemləri işə düşdü: Atəş səsləri eşidildi - Nə baş verir?
-
Sosial16 Noyabr 19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar








.jpg)


























.jpg)