Enerji
SOCAR İstanbulun yeni hava limanında 9 yanacaqdoldurma stansiyası açacaq
Türkiyənin ən böyük xarici investoru olan SOCAR, tikintisi başa çatdıqdan sonra dünyanın ən böyük hava limanı olacaq İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderi qazanıb.
Bu barədə “SOCAR”-dan Publika.az-a məlumat verilib.
“SOCAR Türkiyə” oktyabrın 29-da təntənəli şəkildə ilk mərhələsi
açılan İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə
keçirilən tenderi qazanıb. Hava limanı ərazisində, o cümlədən
perronda (təyyarələrin dayanacaq meydançasında) yerləşən yeni
stansiyalar ümumi istehlakçıları və xidmət avtomobillərini
yanacaqla təmin edəcək. Beləliklə, bu stansiyaların operatoru
seçilmiş SOCAR, dünyanın illik potensialı 200 milyon sərnişin olan
ən böyük hava limanında istehlakçılara xidmət edəcək.
“SOCAR Türkiyə” şirkətinin idarə heyətinin sədri Vaqif Əliyev
Türkiyədə ilk dəfə birbaşa istehlakçıya xidmət sektorunda iştirak
edəcəklərini söyləyib: “2008-ci ildə “Petkim”in satın alınması ilə
Türkiyə bazarına daxil olduq və bu günə kimi cəmi 14.2 milyard
dollarlıq investisiya dəyəri ilə STAR neft emalı zavodu, TANAP,
Petlim Konteyner Terminalı, Petkim külək enerjisi stansiyası kimi
nəhəng layihələrə imza atdıq. Bu yaxınlarda isə “SOCAR Türkiyə”nin
Əliağadakı (İzmir) bütün layihələrini əhatə edən ərazi Türkiyədə
ilk Özəl Sənaye Bölgəsi elan edildi. Qardaş Türkiyə bizim üçün çox
mühüm ölkədir. Dünyanın ən böyük hava limanındakı yanacaqdoldurma
stansiyaları üçün elan olunan tenderdə qələbə çalmağımızı böyük
sevinclə qeyd edirəm. Bu, bizim üçün həm brendimizin tanınması, həm
də istehlakçılar ilə birbaşa ünsiyyət baxımından önəmli strateji
addımdır. Şirkətimiz yanacaqdoldurma sektorunda hər zaman mövcud
imkanları dəyərləndirir və bazardakı prosesləri yaxından izləyir.
Deməli, önümüzdəki illərdə bu sektorda başqa investisiyalarımızın
olacağı da istisna deyil”.
9 stansiyanın 5-i perronda, 1-i karqo daşıma sahəsində, 2-si
avtomobil dayanacağı ərazisində yerləşir. Qalan digər stansiya isə
Taksiçilər Kooperativinə xidmət edəcək. 2018-ci il dekabrın 31-dən
etibarən tam fəaliyyətə başlayacaq bu 9 stansiya 16 280 kv.metrlik
bir sahədə xidmət edəcəkdir. “SOCAR Türkiyə”nin hava limanın perron
hissəsində yerləşən 5 stansiyası “THY-TGS-Çelebi-HAVA-IGA Yer
İşletmeleri”nə aid 4.000-dən çox avtomobili yanacaqla təmin edəcək.
Hava limanının qərb hissəsində gömrük anbarları, agentlik binaları,
gömrük ofisləri və bütün logistik əməliyyatların daxil olduğu karqo
şəhərciyində yer alan 5.000 kv.metrlik sahədə yerləşən stansiya isə
karqo şirkətlərinin 1.000-dən çox avtomobili ilə yanaşı
sərnişinlərə, onları qarşılayan və yola salan şəxslərə xidmət
göstərəcək. Avtomobil dayanacağı ərazisindəki digər iki SOCAR
stansiyası hər gün 30-dan çox avtomobil kirayələmə şirkətinə aid
1.200 avtomobilin yanacaq təminatını həayat keçirəcək. SOCAR-ın
yanacaqdoldurma stansiyalarından gündə ümumilikdə 10.000
avtomobilin istifadə etməsi planlaşdırılır.
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO
-
Sosial20 Dekabr 22:48Köhnə və yeni dövrün qarşılaşdığı yer: Bakının unikal qəsəbəsindən REPORTAJ
-
Magazin120 Dekabr 21:48Hüseyn Dəryanın ölümündə həkimləri günahlandırdı


























