Enerji
Qarabağın ALTERNATİV ENERJİ MƏNBƏLƏRİ - TƏHLİL
Azərbaycan prezidenti bir neçə gün əvvəl etdiyi çıxışında, 2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çox olduğunu bildirib. “Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Sizə deyə bilərəm ki, biri Səudiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digəri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur” – deyə dövlət başçısı qeyd edib.
Bəs bu stansiyalar bölgə üçün hansı əhəmiyyətə malik olacaq?
İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat departamentinin dosenti, professor Emin Qəribli Publika.az-a açıqlamasında Qarabağda alternativ enerji mənbələrinin qurulması üçün böyük potensialın olduğunu diqqətə çatdırdı:

“Ağdərə, Kəlbəcər, Laçın və Qubadlı rayonları ərazisində hidroenerji, Ağdam, Cəbrayıl və Füzulidə isə günəş elektrik stansiyalarının inşası üçün böyük potensial var. Artıq Səudiyyə Ərəbistanından olan şirkətlər və BP ilə ilkin razılıq əldə edilib. Bundan əsas məqsəd doğma yurduna qayıdan əhalinin daimi və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasıdır. Artıq Qubadlı və digər rayonlarda ilk stansiyaların tikintisinə başlanılıb. Bu da onu göstərir ki, bölgədə yeni mənzillər fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq. Yeni stansiyaların quraşdırılması bölgədə yeni iş yerləri deməkdir, yəni məşğulluq qismən təmin olunacaq”.
Professorun sözlərinə görə, Qarabağdakı mövcud enerji potensialından və qurulacaq stansiyalardan qonşu ölkələr də istifadə edə biləcəklər:
“Həmin mənbələr ilk növbədə daxili təminata yönəldiləcək, eyni zamanda bunu ixrac yönümlü edə biləcəyik. Buna görə də həmin mənbələri qeyri-neft sektoruna aid etmək olar. Çünki, təbii ehtiyatlara daxil deyil və müasir yaşıl energetikaya aiddir. Qarabağ Cənubi Qafqazda xüsusi bölgədir. Burdakı çayların çoxunun mənbəyi elə bölgənin özündən başlayır və hidroenerji mənbələri baxımından əhəmiyyətlidir. Həkəri, Tərtərçay və digər çaylara baxsaq, enerji baxımından kifayət qədər böyük potensiala malikdir. Burada qurulacaq hidroenerji, günəş və külək stansiyaları bölgənin tələbatının ödənilməsində böyük rol oynayacaq”.
Rövşən Ziya
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı

































