Formula 1
Dənizkənarı Milli Parka giriş bu tarixdə bağlı olacaq
Aprelin 25-dən mayın 1-dək dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq.
Bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.
N.Arpadarainin sözlərinə görə, aprelin 26-sı saat 13:00-dan etibarən yarış günlərində yalnız bilet sahiblərinin bu giriş-çıxışına icazə veriləcək.
“Şəhər sakinləri və qonaqlar qeyd olunan günlər ərzində “Park Bulvar” alış-veriş mərkəzindən istifadə edə biləcəklər. Həmçinin bu il konsert və əyləncə proqramlarının Kristal Zalında keçirilməsi ilə əlaqədar olaraq Azneft dairəsindən Dövlət Bayrağı meydanına qədər olan yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Yalnız icazə sənədinə malik nəqliyyat vasitələri bu əraziyə buraxılacaqlar”, - deyə N.Arpadarai əlavə edib.
N.Arpadarai onu da əlavə edib ki, Qran Pri həftəsi zamanı piyadaların hərəkətinə heç bir məhdudiyyət olmayacaq. Piyadalar həm yeraltı, həm də yerüstü keçidlərdən istifadə edə biləcəklər. (apa)
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar






















.jpg)















