Formula 1
Narkotik başına bəla oldu - Bir aylıq diskvalifikasiya edildi
Avstraliyalı tennisçi Nik Kiriosun kokain testi müsbət nəticə verdiyi üçün bir aylıq diskvalifikasiya edilib.
Publika.az xəbər verir ki, “The Athletic” qəzetinin məlumatına görə, 31 yaşlı idmançı artıq diskvalifikasiya müddətini başa vurub və yarışlara qayıda bilər.
Qadağan olunmuş maddə iyun ayında Mayorkada keçirilən turnir zamanı götürülmüş nümunədə aşkar edilib. Beynəlxalq Tennis Bütövlüyü Təşkilatı (ITIA) əvvəlcə üç aylıq diskvalifikasiyanı nəzərdən keçirsə də, Kirios ixtisaslaşmış müəssisədə müalicə almağa razı olduqdan sonra bu müddəti bir aya endirdi. Araşdırma nəticəsində avstraliyalı idmançının yarışdan kənarda kokain istifadə etdiyi müəyyən edildi. Əgər onun yarış zamanı kokain istifadə etdiyi aşkarlansaydı, dörd ilə qədər diskvalifikasiya ilə üzləşə bilərdi.
Kirios əvvəllər narkotik istifadəsini “böyük bir səhv” adlandırmış və pərəstişkarlarından, ailəsindən, sponsorlarından və övladlarından üzr istəmişdi. O, həmçinin bildirib ki, son illərdə uzunmüddətli sağlamlıq problemləri və xəsarətlər onun fiziki və zehni sağlamlığına ciddi təsir göstərib.
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto







































