Formula 1
Azərbaycan Qran Prisinə bilet alanlara dünya ulduzları ilə görüş ŞANSI
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yarışa bileti olan tamaşaçılar arasında dünya ulduzları ilə şəxsən görüşməyə dair müsabiqə keçirir.
BŞH-dan Publika.az-a verilən məlumata görə, müsabiqənin qalibləri aprelin 27-də "Jamiroquai" qrupunun solisti Jay Kay ilə, aprelin 28-də isə Christina Aguilera ilə üz-üzə görüşərək səmimi söhbət edə biləcəklər. Hər ulduz üçün 3 şanslı qalibin seçiləcəyi müsabiqədə yalnız həmin günlərə bileti olan tamaşaçılar iştirak edə bilərlər.
Müsabiqəyə qatılmaq istəyən hər bir tamaşaçı sevdiyi dünya ulduzu ilə niyə məhz özünün görüşməli olduğunu şəkil və ya qısa video vasitəsilə izah edərək bu məlumatı Instagram və ya Twitter-də həmin ulduza dair haştaqla paylaşmalı və həmçinin @bakucitycircuit hesabını bu paylaşımda işarələməlidir. Jay Kay ilə görüşmək istəyənlər #MeetJK, Christina Aguilera ilə görüşmək istəyənlər isə #MeetXtina haştaqından istifadə etməlidirlər.
Qaliblər BŞH-nin rəsmi vebsaytında (www.bakucitycircuit.com) aparılan səsvermə ilə müəyyənləşdiriləcək. Aprelin 20-dək davam edəcək səsvermə hamı üçün açıqdır. Gün ərzində hər bir şəxs yalnız 1 dəfə səs verə bilər.
BŞH-nin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai builki Azərbaycan Qran Prisinin tamaşaçıları üçün yeni imkanlar yaradıldığını bildirib: “Biz hər il olduğu kimi bu il də Azərbaycan Qran Prisini izləməyə gələnlər üçün yarışdan daha artığını təqdim edirik.
Builki yarış həftəsonunda yenə dünyanın ən qabaqcıl ulduzları və məşhur DJ-lər Bakıda hər gün bizlərə yarış həyəcanından sonra möhtəşəm əyləncə coşğusu yaşadacaqlar.
Yarışa bileti olan hər bir kəs dünya ulduzlarının və DJ-lərin konsertlərində iştirak edə və onların canlı performanslarına yerində şahid ola biləcək.
Bu müsabiqə ilə biz ulduzları sizə daha yaxın edirik və qalib gələcəyiniz təqdirdə onlarla üz-üzə görüşərək səmimi söhbət etmək imkanı əldə edəcəksiniz. Bu əvəzolunmaz fürsəti qaçırmayın və sevdiyiniz ulduza ən yaxın məhz siz olun!”
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar






















.jpg)















