Formula 1
“Formula 2” üzrə birinci yarış başladı
Bakıda “Formula 2” üzrə birinci yarış start götürüb.
Publika.az-ın “Report”a istinasdən verdiyi məlumata görə, hər birindən iki sürücü olmaqla, 10 komandanın pilotları 60 dəqiqə ərzində 29 dövrə vuraraq qalibi müəyyənləşdirəcəklər.
Aprelin 27-də baş tutan sıralama turunda qeydə alınan nəticələrə əsasən, pilotlar Hökumət Evinin qarşısındakı start xəttində aşağıdakı formada düzülüblər.
1. Aleksandr Olbon (“Dams”)
2. Lando Norris (“Carlin”)
3. Corc Rassel (“Art Grand Prix”)
4. Luka Qotto (“Campos Vexatec Racing”)
5. Serxio Sette Kamara (“Carlin”)
6. Cek Aytken (“Art Grand Prix”)
7. Arcan Meyni (“Trident”)
8. Nik de Vris (“Prema Powerteam”)
9. Ralf Boşunq (“MP Motor Sports”)
10. Tadasuke Makino (“Russian Time”)
11. Roberto Meri (“MP Motor Sports”)
12. Antonio Fuoko (“Charouz Racing System”)
13. Lui Deletraz (“Charouz Racing System”)
14. Şon Qelael (“Prema Powerteam”)
15. Artyom Markelov (“Russian Time”)
16. Roy Nissani (“Campos Vexatec Racing”)
17. Maksimilian Günter (“BWT Arden”)
18. Nirey Fukudzumi (“BWT Arden”)
19. Santino Ferruççi (“Trident”)
20. Nikolas Latifi (“Dams”)
“Formula 2”nin ikinci yarışı saat 13:10-da start götürəcək və 21 dövrədən ibarət olacaq.
Qeyd edək ki, builki mövsüm 12 turdan ibarətdir. Hər tur bir Qran Pri həftəsonunu əhatə edir və həmin vaxt 2 yarış baş tutur. Artıq “Formula 2” çempionatının ilk turu keçirilib. İlk turun 1-ci yarışında “Carlin” komandasının pilotu Lando Norris, 2-ci yarışında isə “Russian Time” komandasının pilotu Artyom Markelov qələbə qazanıb. Hazırda xal cədvəlində ilk sırada 39 xalla Norris yer alır. Onu 30 xalla Markelov və 28 xalla “Carlin” komandasının pilotu Serjio Setta Kamara izləyir.
Ötən il Bakıda baş tutmuş “Formula 2”nin ilk yarışında “Pertamina Prema Theodore Racing” komandasının pilotu Şarl Lekler, ikinci yarışında isə “BWT Arden" komandasının pilotu Norman Nato qələbə qazanıb.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar




















.jpg)

.jpg)















