Formula 1
Bu gün Formula 1-in qalibi müəyyənləşəcək
Aprelin 29-da Formula 1 Azərbaycan Qran-Prisinin yekun yarışı keçiriləcək.
Publika.az xəbər verir ki, günə saat 13:10-da 21 dövrədən ibarət “Formula 2” yarışları ilə start veriləcək.
Sonra əsas yarışda - Formula 1 Azərbaycan Qran-Prisində mübarizə aparacaq pilotların paradı və açılış mərasimi olacaq.
Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra saat 16:10-da 51 dövrədən ibarət Qran-Pri başlayacaq.
Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra Qran-Pridə pilotların düzülüşü müəyyənləşib. Həlledici mərhələnin start düzülüşü aşağıdakı kimi olacaq: Sebastian Fettel (“Ferrari”), Luis Hamilton, Valtteri Bottas (hər ikisi “Mercedes”), Daniel Rikkardo, Maks Ferstappen (hər ikisi “Red Bull Racing”), Kimi Raykonnen (“Ferrari”), Esteban Okon, Serxio Peres (hər ikisi “Force India”), Niko Hulkenberq, Karlos Sainz (hər ikisi “Renault"), Lans Stroll, Sergey Sirotkin (hər ikisi “Williams”), Fernando Alonso (“McLaren”), Çarles Lekler (“Sauber”), Kevin Maqnussen (“Haas"), Stoffel Vandurn (“McLaren”), Pyer Qasli (“Toro Rosso”), Markus Eriksson (“Sauber”), Brendon Hartli (“Toro Rosso”) və Roman Qrojan (“Haas”).
Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.
-
Region18:12İranın Qeşm adasında silsilə partlayışlar baş verdi
-
Rəsmi xronika17:36Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO
-
Cənubi Qafqaz15:52Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir
-
Rəsmi xronika15:43İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqlədi
-
Sosial15:22Birdəfəlik sosial müavinətlər ödənildi
-
Magazin114:46“Boşanmalarda 99% qız tərəfi günahkardır” - Aşıq Zülfiyyə
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
















.jpg)

.png)




















