Formula 1
DÇ-2018: Braziliya da mübarizəni dayandırdı - YENİLƏNİR
Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ¼ final mərhələsinə start verilib.
Publika.az xəbər verir ki, Kazanda Brazilya ilə Belçika qarşılaşıb.
Görüş Belçikanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Belçika yığması 1/2 finala vəsiqə qazanıb.
Bundan əvvəl Fransa yığması Uruqvayı 2:0 hesabı ilə məğlub edərək yarımfinala çıxmışdı.
DÇ-2018. 1/4 final
6 iyul
Braziliya – Belçika - 1:2
Qollar: Renato Auqusto, 76 - Fernandinyo, 13 (avtoqol); Kevin De Bruyne, 31
Kazan Arena
***
Dünya çempionatının 1/4 final matçında üz-üzə gələcək Braziliya və Belçika yığmalarının start heyətləri açıqlanıb.
"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
Braziliya: 1. Alisson Bekker, 2. Tiaqo Silva, 3. Miranda, 9. Qabriel Jezus, 10. Neymar, 11. Filippe Koutinyo, 12. Marselo, 15. Paulinyo, 17. Fernandinyo, 19. Villian, 22. Faqner
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 4. Vensan Kompani, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 8. Maruan Fellaini, 9. Romelu Lukaku, 10. Eden Azar, 15. Tomas Myonye, 22. Naser Şadli
“Kazan Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
22.00 Braziliya - Belçika 1:2
***
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib.
Publika.az xəbər verir ki, Fransa Uruqvay millisi ilə üz-üzə gəlib. "Nijni Novqorod” stadionunda baş tutan qarşılaşma fransızların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ilk qolu 40-cı dəqiqədə Rafael Varan vurub. Antuan Qrizman 61-ci dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.
Qeyd edək ki, Fransa yığması yarımfinalda Braziliya-Belçika cütünün qalibi ilə qarşılaşacaq.
DÇ-2018
1/4 final
6 iyul
18:00. Uruqvay - Fransa - 0:2
Qollar: Rafael Varan, 40. Antuan Qrizmann, 61
Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Alireza Faqani (İran).
Nijni Novqorod. "Nijni Novqorod” stadionu.
***
DÇ-2018-in 1/4 final mərhələsində Uruqvay – Fransa
matçının start heyətlər açıqlanıb.
Publika.az xəbər verir ki, komandalar meydana
aşağıdakı 11-liklərlə çıxacaqlar:
Uruqvay: Muslera, Ximenes, Qodin, Bentankur,
Nandes, Suares, Stuani, Torreyra, Vesino, Laksalt, Kasares
Fransa: Loris, Pavar, Varan, Umtiti, Hernandes,
Tolisso, Kante, Poqba, Qirzmann, Jiru, Mbappe
Matç Bakı vaxtı ilə 18:00-da başlayıb.
Uruqvay - Fransa - 0:1 (Fasilə)
Qol: Varan, 40
***
Rusiyada keçirilən 21-ci Dünya Çempionatının 1/4 final həyəcanı sabah başlayacaq.
Publika.az xəbər verir ki, adlarını yarımfinala yazdırmaq uğrunda mübarizə aparacaq komandaların oyunu 2 gün ərzində baş tutacaq.
1/4 finalda Avropadan 6 (Fransa, Belçika, Rusiya, Xorvatiya, İsveç, İngiltərə) Latın Amerikasından isə 2 (Braziliya, Uruqvay) mübarizə aparacaq.
Mərhələ çərçivəsində 4 oyun keçiriləcək. İlk gündə Uruqvay ilə Fransanın talelərinə aydınlıq gələcək. Günün digər matçı Braziliya ilə Belçika arasında baş tutacaq. İkinci gündə isə İsveç İngiltərə, Rusiya isə Xorvatiya ilə şanslarını sınayacaq.
1/4 finalın cədvəli belədir:
6 iyul, cümə
18.00 Uruqvay-Fransa (“Nijnıy Novqorod” stadionu)
22.00 Braziliya-Belçika (Kazan Arena)
7 iyul, şənbə
18.00 İsveç-İngiltərə (Samara Arena)
22.00 Rusiya-Xorvatiya (“Fişt” stadionu)
Zümrüd
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video
-
İdman16:46Dünya İranın santimetrlik ofsaydından danışır - FOTO
-
Nida Təhlil 16:25Sinan Yıldız: Azərbaycan Ordusu bütün Türk dünyasının haqlı qürur mənbəyidir
-
Nida Xəbər 15:43Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı
-
Ekologiya15:32Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?


























.jpg)









