Formula 1
PSJ-də növbəti qalmaqal: Bu dəfə Messi...
PSJ-nin düşərgəsindən daha bir qalmaqallı məlumat yayılıb.
Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanına səfər edən hücumçu Lionel Messi buna görə heç kimdən icazə almayıb. O, Ər-Riyada getməsi üçün baş məşqçi Kristof Qaltye və idman direktoru Luis Kamposdan razılıq almalıydı, amma bunu etməyi lüzum görməyib. Bu barədə "L`Equipe" məlumat yayıb.
35 yaşlı hücumçu Fransa Liqa 1-in 33-cü turunda “Loryan”ə uduzduqları (1:3) oyundan 3 saat sonra Səudiyyə Ərəbistanına uçub. PSJ "Loryan"a qalib gələcəyi halda futbolçulara bir günlük istirahət verilməsi nəzərdə tutulsa da. məğlubiyyətə görə həftəsonu istirahəti ləğv edilib. Komanda yoldaşları elə ertəsi gün səhər bazada məşq ediblər. Ancaq Messi orada olmayıb. Futbolçular Lionelin gedişindən şoka düşüblər.
Ulduz futbolçunun bu addıma görə cəzalandırılıb-cəzalandırılmayacağı ictimaiyyətə məlum deyil.
Qey edə ki, Messinin PSJ ilə müqaviləsi bu yay başa çatır. Onun "Barselona"ya qayıtması gündəmdədir.
Heybət
-
Rəsmi xronika17:36Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO
-
Cənubi Qafqaz15:52Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir
-
Rəsmi xronika15:43İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqlədi
-
Sosial15:22Birdəfəlik sosial müavinətlər ödənildi
-
Magazin114:46“Boşanmalarda 99% qız tərəfi günahkardır” - Aşıq Zülfiyyə
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı













.png)

























