Foto
Bakı Zooloji Parkından maraqlı görüntülər - REPORTAJ
Oktyabrın 7-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidənqurmadan sonra Bakı Zooloji Parkı qapılarını ziyarətçilərin üzünə açıb.
Publika.az-ın əməkdaşları Bakı Zooloji Parkında olub və maraqlı görüntüləri kameranın obyektivinə köçürüb.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə burada genişmiqyaslı yenidənqurma işləri aparılıb. Təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir səviyyəyə çatdırılıb. Buraya ilk daxil olan andan yenilənməni hiss etmək mümkündür. Hər tərəf yaşıllıqla əhatə olunub, hər heyvana uyğun şərait yaradılıb.
Parkın icraçı direktoru Nəzakət İsayeva bildirir ki, Bakı Zooloji Parkında təmir işləri 2017-ci ildə başlayıb. Təmir işlərindən sonra parkın ərazisi 2,005 hektardan 4,025 hektara qədər genişləndirilib və 300 kvadratmetr sahədə yaşıllıq salınıb.
Zooparkın əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Parkın kolleksiyasında 125 növ heyvan var ki, onlardan 22-i Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş növlərdir.
Yenidənqurma işləri zamanı ərazidə mövcud olan ağac və kolların tam qorunub saxlanmasına xüsusi diqqət yetirilib. Ümumiyyətlə, abadlaşdırılan və yaşıllıq sahəsi artırılan zooparkda daha təbii mühit yaradılıb.
Əsaslı yenidənqurma işləri nəticəsində zooparkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl və hovuzlar, baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq inşa edilib və sahəsi kifayət qədər genişləndirilib. Digər yeniliklər və müxtəlif əyləncə obyektləri ilə yanaşı, ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi də var.
Bura yalnız əyləncə məkanı deyil, həm də elmi-maarifçilik müəssisəsi funksiyasını yerinə yetirir. Zooparkın fəaliyyət istiqamətlərinə ətraf mühitin, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi, çoxaldılması üzrə işlərin həyata keçirilməsi, heyvanların müvafiq tələblərə uyğun saxlanılması üçün şəraitin yaxşılaşdırılmasına yönəlmiş tədqiqat işlərinin aparılması, canlı aləm və biomüxtəlifliyin qorunması sahələrində insanların məlumatlandırılması daxildir.
Yəqin Zooparka giriş üçün biletin qiymətləri də hər kəsi maraqlandırır. Belə ki, biletlər böyüklər üçün 5, uşaqlar üçün isə 2 manatdır. Üç yaşa qədər uşaqlar və şəhid ailələri üçün isə bilet pulsuzdur. Qazilər, Vətən müharibəsi əlilləri, eləcə də şagird və tələbələr üçün giriş güzəştli qaydada olacaq. Tələbələr parka 2 manat ödəməklə daxil ola biləcəklər. Xarici vətəndaşlar üçün isə bilet 10 manat təşkil edir. Kassalar saat 10.00-dan 17.30-a qədər fəaliyyət göstərəcək.
Akqabay Mıradov
Fotolar: Ceyhun Rəhimov
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi