Gözəllik
Avqustun əsas makiyaj trendi! - FOTO
Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və kağız salfetlərlə tez-tez üzünüzü silirsiniz? Çox nahaq! Dünya ulduzları ən bahalı kosmetik məhsullardan istifadə edirlər ki, üzdə belə bir parıltı əldə etsinlər.
Publika.az xəbər verir ki, makiyaj artistlərinin sözlərinə görə, ağır makiyajlar yayda aktuallığını itirir, əvəzində dərinin təbii parıltısını vurğulayan yüngül makiyajlar dəbə minir. Ekspertlər dərinin təbii parıltısını sxlamaq üçün tonal kremlərdən ümumiyyətlə imtina etməyi tövsiyə edirlər. Nə qədər qəribə səslənsə də, parıldamayan dəri uzun müddətdir ki, artıq aktual deyil. Söhbət təkcə parladıcıların istifadəsindən getmir, Hollivud ulduzları demək olar ki, bütün üzdə qəsdən güclü parıltı effekti yaradırlar, sanki üzə yenicə masaj yağı çəkilib. Heyli Bieber və Bella Hadid parlaq makiyajı nəm saç stili ilə tamamlağı sevir. Beləliklə, görüntü daha ahəngdar görünür. Yay üçün bundan ideal makiyaj ola bilməz!
Gözəllik mütəxəssisləri parlaq makiyaj trendinə təəccüblənmirlər. Onlar bildirir ki, sağlam dəri “mat” olmamalıdır: o, özündən gələn işıq şüalarını əks etdirərək parlamalıdır. Bu, gənc dərinin əsas əlamətlərindən biridir. Dəri rəngi solğundursa, deməli, səthdəki ölü dəri işığın əks olunmasına mane olur. Həmçinin qırışlar, sallanmalar və digər yaşa bağlı dəyişikliklər də dərinin parlaqlığını azaldır. Amma siz bir çox vasitə ilə parlaqlığı qoruya bilərsiniz. Əlbəttə ki, parlaq təsirin əsas prinsipində ölü dəri hüceyrələrini aşındırmaq və bol nəmləndirmə vasitələri ilə ciddi qulluq dayanır. Bu, üzün yağlı və səliqəsiz deyil, sağlam parıltısına nail olmağa kömək edəcək.
Belə bir yay parıltısını yaratmaq üçün günəşdən qoruyucu kremlər əlbəttə ki, birinci sırada gəlir. Həmçinin parlaq effekt əks etdirən praymer, bronzerlər və maye halında olan parladıcılar da parlaq effekti gücləndirməyə kömək edəcək. Əgər üzün problemli nahiyələrindən narahatsınızsa, dərini kirşanlayıb, mat məhsulların üzərinə parlaq məhsullar çəkə bilərsiniz. Ya da əvvəlcədən yağ vəzilərinin fəaliyyətini azaldan bir primer istifadə edin.
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu















.jpg)

















