Gözəllik
Manikürdə mirvari trendi - FOTO
Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhur model Heyli Biberin yaratdığı manikür “dalğasıdır”. Supermodel xüsusi bir manikür etməyə başladı, şəffaf örtük və parlaq lak. Bu texnika onun dırnaqlarına parıltılı mirvari effekti verdi.
Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, çəhrayı-mavi parıltılı şəffaf dırnaqları bu yay Amerikada ən çox edilən manikür oldu. Bəzi salonlarda ona “Heyli Biber manikürü” adı verilib.
Razılaşın ki, bu qədər populyarlaşan trendi bütün qızlar öz üzərində sınaqdan keçirməyə can atır. Lakin Heylinin manikürünü olduğu kimi təkrarlamağa çalışmaq lazım deyil. Mirvari manikürü hər hansı bir pastel kölgədə edilə bilər - hətta yaşıl və ya sarı rəngdə. Siz həmçinin parıltının intensivliyini tənzimləyə bilərsiniz. Heyli dırnaqlarının daha az parıldamasına üstünlük verir. Sosial şəbəkələrdə daha parlaq nümunələr tapa bilərsiniz.
Yeri gəlmişkən, mirvari effekti ayaqlarda da çox gözəl görünür. Açıq ayaqqabıları sevirsinizsə, mütləq tətbiq edin. Belə bir pedikür səndəlin fonunda möhtəşəm görünəcək.
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu















.jpg)

















