Gözəllik
TikTokerlərdən yayın ən çılğın makiyaj trendi - VİDEO
TikTokerlər bizi hər zaman təəccübləndirməyin bir yox, min bir yolunu tapır. Bununla belə etiraf etməliyik ki, gözəllik sənayesi bir çox vizajistin belə heç vaxt istifadə etmədiyi üsulları bu tətbiqdən öyrəndi. Gözəllik sehrbazları dünyaya bir çox faydalı fəndlər öyrətməyi bacarırlar. Bunun sayəsində makiyajdan ən uzaq insan da yenilikləri öyrənə və kosmetikadan istifadə qaydaları barədə biliklərini artıra bilir. Bəzi gözəllik hiylələri həqiqətən heyrətamizdir. Bu yaxınlarda “meyvəli” makiyaj İnternetdə viral hal alıb. TikTokun meyvəli makiyaj trendi hər zaman təbii gözəllik tərəfdarı olanların ürəyindən də xəbər verəcək.
Publika.az xəbər verir ki, bu makiyajda üzünüzə hər hansı meyvə rəsminin çəkilməsindən və meyvə qabıqlarının maska kimi istifadə olunmasından da getmir. Bir çox meyvənin şirəsindən çox rahatlıqla həm dodaqlarınıza, həm solğun yanaqlarına canlı rəng verə bilərsiniz.
Armudun saplağını yandırıb əldə olunan qaralmış “kömüründən” gözlərinə sürmə çəkən qızlar “Bu kosmetika heyvanlar üzərində sınaqdan keçirilməyib!” yazaraq TikTokda qürurla paylaşırlar. Ekoloji cəhətdən təmiz tendensiya o qədər populyarlaşıb ki, 2022-ci il iyulun ortalarında #fruitmakeupchallenge həştəqi təqribən 16 milyona çatıb.
Eko-makiyaj üçün qızlar armud, banan, albalı və ya albalı, həmçinin böyürtkənin piqmentli təbii şirəsindən istifadə edirlər. Əvvəlcə armudun quyruğunu yandırmaq, sonra soyumasını gözləmək lazımdır ki, gözlərə səliqəli oxlar çəkə biləsiniz. 1990-cı illərin estetikasına heyran olan qızlar qaralmış armud saplağı ilə hətta dodaqlarını da haşiyəyə alırlar. Dodaq boyası və ənliyin ən yaxşı əvəzləyicisi albalıdır.
Mütəxəssislər deyirlər ki, bu cür makiyajlar davamlı olaraq təkrarlana bilməz. Birincisi, meyvə suyunu bu şəkildə istifadə etmək faydalı deyil. Meyvə makiyajı ilə çölə çıxsanız, üzünüzdəki yapışqan maddə bakteriyaları özünə çəkəcək. Onlar təbii gözəllik tərəfdarlarına təbii tərkibli kosmetikadan istifadə etməyi məsləhət görürlər.
This was fun lol! I actaully think this is such a pretty fresh summer look lol! Ib: #makeupchallenge #makeup #fruitmakeupchallenge #fyp ♬ som original - gabi
@mireyarios Fruit makeup challenge vc #fruitmakeupchallengea#bananaeyelinerb#cherrye#cherriese#cherrymakeup #tiktokmademedoitk#tiktokmademetryitt#doingmymakeup##usin ♬ original sound - Mireya Rios
@gabxxrielle Im impressed ib: @@molchanovamua #fruitmakeupchallenge ♬ original sound - <3
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi
-
Hadisə08:30Ağdamda daha bir güclü yanğın başladı - Yeniləndi
-
ABŞ08:10ABŞ İrana qarşı növbəti hücum dalğasını başa çatdırdı - Yeniləndi
-
Səhiyyə07:55Tarif Şurasının yeni qərarı bu gündən qüvvəyə minir












.jpg)









.jpg)





.jpg)









