Gözəllik
Bu payız belə makiyajlar dəbdə olacaq - FOTO
Bu payızın ən vacib makiyaj tendensiyasını bir söz ifadə etmək olar – harmoniya. Hansı çalarlarda makiyaj etmək istədiyinizin əhəmiyyəti yoxdur, əsas odur ki, dəriyə tətbiq olunan bütün rənglər ahəngdar olsun və ümumilikdə mükəmməl bir obraz yaratsın.
Publika.az xəbər verir ki, 2022-ci il payızının əsas tendensiyası monoxrom makiyajdır, bunun nümunələrini artıq bir çox aparıcı vizajistlərin sosial şəbəkələrdəki fotolarında görə bilərsiniz.
Burada əsas xüsusiyyət makiyaj üçün istifadə edilən müxtəlif vasitələrin çalarlarının mütləq harmoniyasındadır. Yalnız bir rəng seçin və onu makiyajınıza qüsursuz şəkildə uyğunlaşdırın ki, obraz tamamlansın.
Məsələn, qəhvəyi göz kölgəsi çəkərkən dodaqlarınızı oxşar çalarlı pomada ilə boyamalı və yanaqlarınızı eyni bronzerlə tamamlamalısınız. Mərcan tonlarında makiyaj etmək daha da asan olacaq: burada eyni ənliyi həm almacıq sümüklərinə, həm də göz qapaqlarına çəkə bilərsiniz. Yeri gəlmişkən, Rozi Hantinqton-Uaytli belə bir hiylə işlətməyi çox sevir, ona görə də bu payız ondan nümunə götürməyə dəyər.
Monoxrom makiyajda başqa qaydalar yoxdur. Siz müxtəlif teksturalı məhsullardan istifadə edə, hətta onlarla məharətlə oynaya bilərsiniz. Beləliklə, dodaqları tutqun edə, gözlərinizə bir az parlaqlıq əlavə edə və yanaqlarınızı kremli ənlik ilə vurğulaya bilərsiniz. Əsas odur ki, rənglər bir-birilə mükəmməl uzlaşsın.
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı














.jpg)






_(1).jpg)











