Gözəllik
Əfsanəvi kino ulduzunun gözəllik sirləri - FOTO
Lauren Bekol şübhəsiz ki, Hollivudun qızıl dövrünün əsas ulduzlarından biridir. Kino tarixində zəngin irs qoyub gedib. Üstəlik, onun simvolik obrazı bu gün də qızları ilhamlandırmaqda davam edir. Yeri gəlmişkən, aktrisa tez-tez onu çəkilişə hazırlayan vizajistlərlə mübahisə edirmiş. Bəli, Bekal qaşlarını almaq və saç xəttini ülgüclə təmizləmək cəhdlərinə sərt reaksiya verirdi.
Publika.az oxucuları əfsanəvi kinoulduzun gözəllik sirləri ilə tanış edir.
Təbii qaşlar mükəmməl görünüşün açarıdır
Lauren Bekal, demək olar ki, həmişə makiyajsız fotolar çəkdirirdi, onun gözəlliyi çox təsiredici idi. Lakin Lauren özü də inanırdı ki, uğurun sirri və onu digərlərindən fərqləndirən əsas cəhət qaşlarındakı təbilikdir. Aypara qaşların dəbdə olduğu bir dövrdə Bekal təbii formasını və qalınlığını, sıxlığını qorudu. Yeri gəlmişkən, məşhur rejissor Qovard Houksun ona “Olmaq və Olmamaq” filmindəki rolu verməsinin səbəblərindən biri də bu idi. “Qovard Houks məni qalın qaşlarıma və əyri dişlərimə görə seçdi və onlar belə qalacaqlar” , - Lauren müsahibəsində bildirib.
Qırmızı pomada
Lauren Bekal bir qayda olaraq, seksual məzmun daşıyan rolları ilə tanınır. Kino ulduzu özü də onilliklər ərzində qırmızı pomadaya olan sevgisini etiraf edib. Lauren çox və ya az makiyaj etməsindən asılı olmayaraq, evdən qırmızı pomada çəkmədən çıxmazdı. Parlaq dodaqlar onun vizit kartı idi. Bekal qırmızı pomadanın qadını olduqca seksual göstərdiyini və ondan mümkün qədər tez-tez istifadə etməyi tövsiyə edirdi.
Məziyyətinizi vurğulayın
Dolğun qaşlar və parlaq qırmızı dodaqlar Lauren Bekalın makiyajda əsas gözəllik silahı idi. Bəzən makiyajına tuş və ya ənlik əlavə edərdi. Aktrisa ənliyi almacıq sümüklərinə əlləri ilə çəkməyi sevirdi, onun fikrincə, bu halda məhsul daha təbii görünürdü. Öz makiyaj stilinə sadiq qalmaq üçün Bekal dərisinin parlaq və sağlam görünməsi üçün hər şeyi edirdi. Başlıcası pəhrizini və gündəlik rejimini diqqətlə izləyir və hər gün 8 saat yatırdı.
-
İnanc19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ18:36Trampın İranla bağlı növbəti planı
-
Dünya18:24SEPAH ABŞ-ın təyyarədaşıyan gəmisinə hücum etdi - 4 ballistik raketlə...
-
Yaxın Şərq17:11İsrailə düşən raket xeyli sayda ölümə səbəb oldu - Video
-
Hadisə16:42Naxçıvanda hərbi hissədə yanğın oldu - Foto
-
Avropa16:35"Diplomatlarımız İrandan Azərbaycana təxliyə olunacaqlar" - Serbiya Prezidenti
-
MDB16:00Putin Xameneinin öldürülməsinə belə reaksiya verdi































.jpg)
.jpg)




