Gözəllik
Kirpikləri daha effektli göstərən hiylə
Vazelin istənilən kosmetik vasitənin effektivliyini artırmağa kömək edən möcüzəvi məhsuldur.
Publika.az xəbər verir ki, biləklərə və qulaq arxasına vazelin çəkdikdən sonra ətir sıxsanız, qalıcılığı artır. Onun köməyilə qaşlarınızı da qidalandıra bilərsiniz. Gözəllik blogerləri vazelinin kirpiklər üçün də faydalı olduğunu iddia edir.
Kirpiklərə tətbiq olunan vazelin laminasiya birləşmələri kimi fəaliyyət göstərir, tükləri daha uzun, daha düz və “idarə olunan” edir. Vazelinin üzərindən tuş çəksəniz, super həcm əldə edəcəksiniz və makiyajın davamlılığını artıracaqsınız. Odur ki, kirpiklərin sıx və uzun görünməsi üçün bahalı tuşa pul xərcləmək və ya süni kirpik taxmaq lazım deyil. Vazelin sizə istənilən effekti almağa kömək edəcək.
Bunun üçün məhsulu təmiz fırça ilə kirpiklərinizə sürtün, daha sonra kirpik qatlayandan istifadə etmək olar. Onların sayəsində məhsul daha yaxşı paylanır və maksimum uzunluq əldə etməyə imkan verir. Bir neçə dəqiqədən sonra tuşdan istifadə edə bilərsiniz. Yeri gəlmişkən, vazelin həm də kosmetik vasitələrin və hava faktorlarının mənfi təsirlərinin qarşısını alır. Beləliklə, vazelin kirpiklərin uzanmasını sürətləndirməyə kömək edəcək.
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu


































