Gözəllik
Mətbəx alətinin köməyilə mükəmməl tonal krem əldə edin
Tonal krem xanımlar arasında ən lazımlı və populyar məhsullardan biridir. O, bu diqqətə həqiqətən layiqdir: bütün makiyajın tonunu təyin edən və bütövlükdə qüsurları örtən odur. Razılaşın ki, üzdə kiçik qüsurlar görünərsə, ən gözəl göz makiyajı belə öz təsirini itirəcək.
Publika.az xəbər verir ki, son illərdə tonal krem çeşidləri artıb, hər zövqə və dəri rənginə uyğun bir vasitə seçmək olar. Ancaq bütün müxtəlifliyə baxmayaraq, bəzən onun tekstura və qalıcığı bizi qane etmir, ya da arzulanan kremlər çox baha olur. Blogerlər bu problemin də həllini tapıbar. Kosmetik yeniliklərlə maraqlanan oxucular artıq bilir ki, tonal kremi su ilə qarışdırmaq yaxşı nəticə əldə etməyə imkan verir və bu barədə artıq xəbər vermişdik. Ancaq bu köhnə versiyadır. Bunu daha da inkişaf etdirən tik-tokçular indi də kremi kofe köpürdücü mətbəx aləti ilə qarışdırmağı təklif edirlər.
Beləliklə, bu hiyləni təkrarlamaq üçün sizə yalnız tonal krem, otaq temperaturunda bir stəkan su və kapuçinator lazım olacaq. Kremi kapuçinator ilə köpük olana qədər çırpın və məhsul hazırdır. Bu üsul sayəsində kremin dəriyə daha rahat yayılacaq və daha qalıcı olacaq.
rose.friederike Frothing Foundation HACK #foundationhack #frothing #makeuphack #beautytips ♬ Storybook - Lukrembo
wendyskin foundation in water looks like EW #viraltrend #makeuptrend #foundationhack #frothing (creds to Avonna Sunshine ♬ original sound - wendy ly
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





































