Gözəllik
Mövsümün ən dəbli manikürü - FOTO
Moda və gözəllik sektoru o qədər sürətlə irəliləyir ki, hər mövsüm geyimlərimizlə birlikdə makiyaj və manikür də dəyişikliyə məruz qalır.
Publika.az xəbər verir ki, çəhrayı dırnaqlar mövsümün əsas manikür trendi olmağa iddialıdır. Təbii dırnaqlarımızdan çox az fərqlənən bu dəb bir çox digər dırnaq trendləri kimi Koreyadan gəlib və artıq bütün dünyada minlərlə qızın qəlbini fəth etməyi bacarıb. Şübhəsiz ki, çəhrayı dırnaqlar minimalizm pərəstişkarlarının zövqünü təmin edir.
Moda dünyasına "ənlik" adı ilə daxil olan yeni trendin necə tətbiq edildiyini təxmin etmək çətin deyil. Orijinal Koreya maniküründə çəhrayı və ya qırmızımtıl boya dırnağın ortasından başlayaraq kənarlara doğru yayılır. Bir qayda olaraq, şəffaf əsasda tətbiq olunur ki, manikür minimalizmini qoruyub saxlaya bilsin. Baza mümkün qədər dırnaq boşqabının təbii rənginə yaxın seçilməlidir, bu zaman dizayn daha təbii görünəcək. Əgər dırnağın ortasındakı "ənlik" xoşunuza gəlmirsə, onu dırnağın uc və kənarlarına da çəkdirə bilərsiniz. Nəticədə qeyri-adi və çox gözəl, lakin ziddiyyət təşkil etməyən fransız manikürü ortaya çıxacaq.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto












.jpg)











_(1).jpg)










