Gözəllik
Mövsümün əsas trendi olan bu makiyaj hansı xanımlara tövsiyə edilmir? - FOTO
Makiyajda pişik gözlər bizi keçmişə qaytaran əbədi Hollivud klassikasıdir.
Publika.az xəbər verir ki, payız-qış aylarında adi göz makiyajını yeni formalar və parlaq rənglər əvəz edəcək. Odur ki, vizajistlər sizə Merilin Monronun obrazlarından deyil, podium kraliçası Culiya Foksdan ilham almağı tövsiyə edir. Model, adi makiyajın yeni versiyasını bizə göstərdi və ilkə imza atdı.
Parlaq göz kölgələri ilə vurğulanmış "pişikgöz" makiyajını ilk dəfə 2022/2023 payız-qış kolleksiyalarının nümayişlərində gördük. Culia Foks və digər modellər "LaQuan Smith" dəfiləsinin podiumunda məhz bu makiyajda gəzdilər. Bənzər makiyaj stili " Christian Siriano" moda evinin dəfiləsində də qarşımıza çıxdı. Burada isə modellər parlaq qara üzərindən tətbiq olunmuş mavi "pişikgöz" makiyajını nümayiş etdirdi. "Emporio Armani" şousunda daha bir maraqlı variant diqqətimizi çəkdi: vizajistlər görünüşə dərinlik vermək üçün gözlərin daxili künclərindəki modellərə parlaq oxlar çəkmişdilər.
Qeyd etmək lazımdır ki, belə makiyaj, demək olar ki, bütün üz tipləri üçün uyğundur, bir istisna olmaqla - gözləri daha içəri batmış xanımlara "pişikgöz" makiyajı etmək tövsiyə edilmir.
Bu makiyajı təkrarlamaq üçün sizə sərt qələm, düz və sıx şəkildə yığılmış fırça lazımdır. Qələmlə gözlərinizə ox çəkdikdən sonra fırça ilə onu kənaralara doğru yayın və səliqə ilə dağıdın. Heç bir halda qrafik formaya nail olmamalısınız, kölgəni diqqətlə düzəltməlisiniz.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO


















.jpg)







_(1).jpg)










