Gözəllik
Dərinin gənc qalmasının əsas sirri
Dünya şöhrətli makiyaj ustası Cina Akers dərinin gəncliyini uzatmağın yollarını açıqlayıb.
Publika.az xəbər verir ki, vizajist bu barədə "Express.co.uk"a danışıb.
Ekspertin sözlərinə görə, dəriyə qulluqda əsas qayda nəmləndirmədir. Bu məqsədlə o, qırışları aradan qaldırmağa kömək edən, toxumaların möhkəmliyini və elastikliyini artıran, tərkibində gialuron turşusu olan preparatlardan istifadə etməyi məsləhət görüb. Eyni zamanda mütəxəssis bildirib ki, şəhadət və orta barmaqlarla üzü iki-üç dəqiqə masaj etmək, hər səhər və axşam dərini təmizləmək və nəmləndirmək faydalıdır.
Bundan əlavə, Akers müntəzəm yuxu rejiminə əməl etməyi, günəş kremi istifadə etməyi, antioksidantlarla və omeqa-3 ilə zəngin qidalar yeməyi tövsiyə edib. Məsələn, qoz-fındıq, giləmeyvə, göyərtilər, tərəvəzlər, qızılbalıq, sardina, siyənək və skumbriya və.s
"Bol miqdarda protein də vacibdir, çünki bu, dərinin quruluşu təşkil edən maddələrdən biridir", - ekspert yekunda vurğulayıb.
Aytən Məftun
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu


































