Gözəllik
Yaz obrazını ifadəli göstərən makiyaj trendi - FOTO
Qəhvəyi tuş, qəhvəyi qələm və şaftalı ənlik yazda kosmetik çantanızın ən yaxşı dostları olacaq.
Publika.az xəbər verir ki, bahar qızı obrazı yaratmaq üçün stilistlər və vizajistlər ağır tonal kremlərdən imtina etməyi, daha yüngül ötürücülüyü olan BB kimi kremlərdən istifadə etməyi və ya tonal kremi makiyaj bazası ilə qarışdırmağı tövsiyə edirlər. Həmçinin qeyd edirlər ki, makiyajda xüsusilə şaftalı tonlarına diqqət yetirməyə dəyər.

Şaftalı tonlar
Yaz makiyajında şaftalı çalarlarından istifadə edin, kontrastlardan qaçın. Pastel palitrasına üstünlük verin və gündəlik makiyaj üçün qəhvəyi tuşdan istifadə edin. Oxları qara deyil, qəhvəyi və ya boz rəngli qələmlə etmək daha yaxşıdır, beləliklə gözəlliyiniz daha yumşaq olacaq.

Soyuq rənglərdən uzaq durmaq və oxşar tonlarda haylayterlərdən imtina etmək daha yaxşıdır. Daha isti rənglərə baxın, şampan, qızılı, şaftalı və ya qəhvə çalarlardan istifadə edin.
Çəhrayı alt tonlu pomada

Dodaq boyalarına gəldikdə, açıq-aydın narıncı rənglərdən qaçmaq, şaftalı, eləcə də çəhrayı alt tonu pomadalara üstünlük vermək daha məqsədəuyğun olacaq.
Bronez

Qızlar üzün ovalını vurğulamaq və yanaq sümüklərinə dərinlik əlavə etmək üçün isti və açıq rənglərdə bronzerdən istifadə etməlidirlər. Yeri gəlmişkən, göz kölgəsi kimi bronzerdən istifadə etməklə eynitonlu makiyaj əldə edə bilərsiniz.
Əsas qayda odur ki, üzünüzü rənglərin hücumuna məruz qoymayın. Çox parlaq və tünd makiyaj ağır görünə bilər, buna görə də balansı qorumaq vacibdir.
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu


































