Gözəllik
Mövsümün makiyaj trendi bu xanımların ürəyincə olacaq - FOTO
Vizaj ustaları dodaqlara aydın kontur çəkmədən də həcmli göstərməyin yeni yollarını təklif edirlər.
Publika.az xəbər verir ki, Asiya qızlarının başlatdığı bu gözəllik trendini bəyənməmək mümkün deyil, xüsusilə təbiilik tərəfdarlarının ürəyincə olacaq. Pomadanın belə tətbiq üsülunu makiyaj sənətçiləri son Nyu-York Moda Həftəsində bir neçə nümayişində eyni anda istifadə etməyə başladılar. Makiyaj ustalarının sözlərinə görə, "öpülmüş dodaqlar" effekti verən yeni üsul yaz və yay aylarında xüsusilə aktual olacaq. Odur ki, bu tendensiyadan elə indi istifadəyə etməyə dəyər.
"NARS" dekorativ kosmetika brendinin vizajistləri hesab edir ki, tünd qırmızının zəngin və tutqun çalarlarında belə bir effekt əldə etmək çox asandır. Bunun üçün dodaqların mərkəzində mümkün qədər dolğun boya çəkin. Əgər tutqun pomadaları sevmirsinizsə, çəhrayı rəngə və zərif parıltıya üstünlük verə bilərsiniz. Xüsusilə "Eudon Choi" və "Ulla Johnson"un şouları çoxları üçün ilham qaynağı oldu.
Bu makiyajı təkrarlamaq üçün fırçanın köməyindən də yararlanmaq olar və ya sadəcə dodaqlarınıza pomada çəkib barmağınızla yüngülcə qarışdıra bilərsiniz. Diqqət yetirin: hər üç şouda "silinmiş" pomada makiyajın yeganə parlaq elementidir. Əgər "öpülmüş dodaqlar" effektini mükəmməl dumanlı göz makiyajı və ya kəskin oxlarla birləşdirsəniz, əksinə, dodaq makiyajı səliqəsiz görünəcək, sanki pomada təsadüfən silinib. Odur ki, dəri qüsurlarını örtmək üçün tək örtücü ilə məhdudlaşmaq və görünüşü daha ifadəli etmək üçün kirpiklərinizə bir az tuş əlavə etmək kifayətdir.




-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...
-
Ekologiya12:46Bakıda güclü yağış yağacaq - Hava kəskin dəyişəcək
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev
-
Dünya10:56“İsrail torpağı” kimi göstərdilər: ABŞ qəzetində qalmaqallı xəritə yayıldı
-
Rəsmi xronika10:36YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir - YENİLƏNDİ
-
Sosial08:36Bakının iki rayonu qazsız qalacaq
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO





































.jpg)

