İqtisadi gündəm
Azərbaycanın neft hasilatı azalmayacaq - İqtisadçı
Azərbaycanın hazırki neft və qaz hasilatı dünya üzrə göstəricilərin əhəmiyyətli hissəsini təşkil etməsə də, Avropanın enerji təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir.
Bu sözləri Publika.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
İqtisadçı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolundan danışıb: “Şərqi Avropaya çıxarılacaq qaz resursları həmin ölkələrin Rusiyadan asılılığını aşağı salmağa hesablanıb. Şərqi və Mərkəzi Avropa ölkələri qaz idxalının böyük hissəsini Rusiyadan həyata keçirir. Rusiya da bu üstünlüklərindən istifadə edərək Avropanı, Ukraynanı təzyiq altında saxlamağa çalışır. Bu da Azərbaycanın neft və qaz ixrac edən bir ölkə kimi stabil imicini formalaşdırır və rolunu əhəmiyyətli edir. Cənub Qaz Dəhlizinin 4 mərhələsindən artıq 3-ü yekunlaşıb. Sonuncu fazadan sonra Azərbaycanın Şərqi və Cənubi Avropaya qaz ixracatı artacaq. 2018-ci ildən etibarən Azərbaycan Gürcüstan və Türkiyəyə əhəmiyyətli şəkildə qaz ixrac edir və onların əsas təchizatçısı rolunu oynayır. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması Avropada yeni qaz təchizatçısı oyunçusunun meydana gəlməsinə gətirib çıxaracaq”.
X. Kərimlinin sözlərinə görə, Azərbaycan artıq neft hasilatının pik dövrünü keçib:
“Azərbaycan neftinin günlük 700-800 min barel ətrafında hasilatını müşahidə edirik. 2024-cü ildə bitən “Əsrin kontraktı”nın müddətinin 2050-ci ilə qədər uzadılması bunu deməyə imkan verir ki, Azərbaycanın neft hasilatı azalmayacaq və hələ uzun müddət dünya bazarına çıxacaq”.
İqtisadçı Azərbaycanda alternativ enerji istehsalından da danışıb: “Əksər ölkələr bərpa olunan enerji istehsalına üstünlük verir. Hazırda alternativ enerji istehsalının maya dəyəri ənənəvi enerji istehsalının maya dəyərinə 70-ci illərdən fərqli olaraq çox yaxınlaşıb. Bu isə onu deməyə imkan verir ki, hazırki texnoloji inkişaf səviyyəsində biz tezliklə alternativ enerji mənbələrinin maya dəyərinin istehsal xərclərinin daha aşağı olacağını müşahidə edəcəyik. Bu da təbii olaraq ənənəvi enerji mənbələrini sıxışdırma ehtimalını yaradacaq. Onların qiymətinə təsir göstərərək, indiki strateji əhəmiyyətini azaldacaq. Necə ki, 19-cu əsrdə hakim mövqedə olan kömürün sonradan öz rolunu itirməsi müşahidə edildi. Bu baxımdan Azərbaycanın da alternativ enerji mənbələrinə marağının artmasının müsbət əhəmiyyəti var”.
Ekspert bildirib ki, dünya bazarında neft qiymətlərinin tənzimlənməsi üçün yaradılan OPEK+ formatı son illər olduqca əhəmiyyət daşıyır: “Əgər bu format olmasaydı, biz neftin qiymətini 30-40 dollarlıq səviyyədə görərdik. Bu da hasilatçı ölkələr üçün olduqca pis nəticə olardı. Koronavirusun dünya iqtisadiyyatına mənfi təsirləri çərçivəsində OPEK+un tənzimləmə cəhdləri olmasaydı, neftin 40 dollardan aşağı qiymətini müşahidə etmiş olardıq. Azərbaycanın da təşkilatın formalaşmasında və bu əlaqələrdə iştirakı çox mühümdür. Birlikdə iştirak ölkənin müsbət imicini formalaşdırır”.
Tağı Həsənov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





