İqtisadi gündəm
Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir - FOTO
İyunun 24-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası öz işinə başlayıb.
Publika.az xəbər verir ki, onlayn formatda keçirilən sessiyada Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov təmsil edir.
Sessiyanın açılışında çıxış edən ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə iclasda müzakirə olunacaq məsələlər barədə məlumat verib, daha sonra isə təşkilatın baş katibi Kunio Mikuriya 2020/2021-ci illərin Strateji Planının icrası istiqamətində həyata keçirilən fəaliyyətlərə dair ən son yeniliklərlə bağlı hesabatı təqdim edib.
Üç gün davam edəcək sessiya çərçivəsində Potensialın gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər, Tarif və ticarət əlaqələri, Siyasət və idarəçilik, Büdcə və maliyyə və digər məsələlərlə bağlı müzakirələrin aparılması, eləcə də Gömrük Əməkdaşlıq Şurasının rəhbərliyinə seçkilərin keçirilməsi nəzərdə tutulur.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq









.jpg)

.jpg)


.png)





















