İqtisadi gündəm
Buğdanın qiyməti artdı
Məhsul keyfiyyəti proqnozlarının pisləşməsi səbəbindən avqust ayında dünyada buğda qiymətləri artıb.
Bu barədə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.
Hesabata görə, FAO Taxıl Qiyməti İndeksinin avqust ayında ortalama dəyəri 129.8 bənd olub ki, bu da iyul ayı göstəricisindən 4.3 bənd (3.4%), 2020 -ci ilin avqust səviyyəsindən 30.8 bənd (31.1%) çoxdur.
“Bir neçə iri ixracatçı ölkədə məhsul növlərinin pisləşməsi nəticəsində dünya buğda qiymətləri əvvəlki ayla müqayisədə 11,1 bənd (8,8%) artaraq, keçən ilin müvafiq dövrünün səviyyəsini 41,5 bənd (43,5%) üstələyib", deyə - hesabatda deyilir.
Mütəxəssislərin fikrincə, avqust ayında digər taxıl məhsullarının qiymətlərində çox istiqamətli tendensiyalar olub. Qeyd olunur ki, ilk növbədə Kanada və ABŞ-da arpa istehsalı proqnozlarının azalması, həmçinin buğda qiymətlərinin artması beynəlxalq arpa kotirovkalarının iyul göstəricisi ilə müqayisədə 10.9 bənd (9%) artmasına səbəb oldu. Nəticədə keçən ilin eyni dövrünün göstəricisindən 34.7 bal (35.6%) çox olduğu ortaya çıxıb.(trend)
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi






































