İqtisadi gündəm
Bu, Azərbaycanın valyuta gəlirlərini artırır - Şərh
Dünya bazarında neftə tələbin yenidən artması müşahidə edilir. Artıq 1 barel “Brent” markalı neftin qiyməti 72 dollardan baha satılır. Bir müddət öncə “OPEC plus” ölkələri nazirlərinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına razılıq verməsinə baxmayaraq, “qara qızıl” dəyər qazanmaqdadır.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, neft istehlakında xüsusi payı olan ölkələrdə “qara qızıl”a tələbin artması qiymətlərə təsirsiz ötüşmür: “Çin ötən ay gündəlik 10,5 milyon barel neft idxal edib. Bu isə əvvəlki aya nisbətən 8% çoxdur. Hindistan daxil olmaqla digər idxalçı ölkələrdə də neftə tələbin artması qeydə alınır. “Bloomberg” agentliyinin məlumatına görə, dünyada 5,56 milyard dollar peyvənd dozası istifadə edilib. Gündəlik 37,3 milyon doza peyvəndləşmə həyata keçirilir. Bütövlükdə, dünya əhalisinin 36,2 faizi artıq vaksinasiya olunub. Qlobal peyvəndləşmə səviyyəsinin yüksəlməsi də neftə tələbin artmasına təsir göstərməkdədir”.
.jpg)
V.Bayramov qeyd edib ki, neftin dünya bazar qiymətinin yüksəlməsi enerji məhsulları ixrac edən ölkələrin, eləcə də Azərbaycanın valyuta gəlirlərini artırır: “Belə ki, bu ilin ilk yarısında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Azərbaycan neft ixracatının həcmini azaltsa da, satışdan əldə edilən gəlirlərdə artımlar qeydə alınıb. Sözügedən dövrdə ölkəmiz 5 milyard 743 milyon dollar dəyərində 13 milyon 545 min ton xam neft ixrac edib. Xam neft ixracının həcmi 11,7% azalsa da, əldə edilən vəsait 404 milyon 137 min dollar və ya 7,6% artıb. Azərbaycan gündəlik xam neft hasilatını gələn aydan daha 7 min barel artıraraq 640 min barelə çatdıracaq.
Bu arada, Rusiyanın aparıcı neft şirkəti 1 barel neftin məqbul qiymətinin 65-75 dollar intervalında arzuolunan olduğunu bəyan edib. Aşağı qiymət gəlirlərə təsir etsə də, daha yüksək qiymətlər qlobal neft şoklarına səbəb ola bilər. 2014-cü ildəki qlobal neft şoku məhz qiymətlərin kəskin artması nəticəsində baş verdi. Bu baxımdan neft ölkələri üçün yüksək deyil, məqbul qiymətlər arzuolunandır”.
Akqabay
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






