İqtisadi gündəm
“Xarıbülbül” tortunun istehsalına başlanıldı
Cənubi Qafqazın və Azərbaycanın ən böyük şirniyyat satış şəbəkəsi olan “Xonça şirniyyat evi” müştərilərini sevindirməkdə davam edir.
44 günlük Vətən müharibəsində ordumuzun qazandığı şanlı qələbənin şərəfinə təsis olunan Zəfər günü ərəfəsində “Xonça şirniyyat evi” “Xarıbülbül” tortunun istehsalına başlayıb.
Peşəkar mütəxəssislər tərəfindən özəl resept və texnologiya ilə hazırlanan, zərif dada malik “Xarıbülbül” tortu “Araz” Supermarketlər şəbəkəsinin 109 mağazasında müştərilərə təqdim olunacaq.
5 ildir fəaliyyət göstərən “Xonça” Azərbaycan şirniyyat bazarında milli brendə çevrilə bilib. Fabrikin istehsal etdiyi məhsulların siyahısına müxtəlif növ ətirli çörəklər, bulkalar, Şərq və Avropa kulinariyasına məxsus tort və şirniyyatlar, paketli hazır məhsullar daxildir. Bundan əlavə, Azərbaycan bazarında ilk dəfə qlütensiz və “Milföy” məhsullarının istehsal edilərək satışa çıxarılması “Xonça” fabrikinin adı ilə bağlıdır.
“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan, məhsulları “Araz” Supermarketlər şəbəkəsində alıcılara təqdim edilən “Xonça” vətəndaşlarımıza yüksək keyfiyyətli xidmətdən qürur duyur!
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)

























.jpg)
.jpg)
