İqtisadi gündəm
Bu turizm mərkəzlərində yeniliklər edildi
Azərbaycanda qış turizm mərkəzlərində bir sıra yeniliklər tətbiq edilib.
Publika.az xəbər verir ki, bu barədə Turizm Bürosunun turizm sənayesi və destinasiyanın inkişafı departamentinin direktoru İlkin Cavadov Trend-ə açıqlamasında deyib.
O bildirib ki, ölkəmizdə hazırda Tufandağ və Şahdağ qış turizm mərkəzləri fəaliyyət göstərir və bu ilin martında Naxçıvan Muxtar Respublikasında yaradılan Ağbulaq Qış Turizm Mərkəzi də dekabrdan turist qəbuluna başlayacaq.
"Şahdağ qış turizm mərkəzində 2590 metrlik amerkansayağı dağ çarxı (roller coaster) bu ildən fəaliyyətə başlayır. Bu, Qafqazda ən uzun dağ çarxıdır. Xüsusən xizək sürə bilməyənlər üçün maraqlı əyləncə növü ola bilər. Həmçinin, müxtəlif xizək yolları və əlavə bir kanat yolu da olacaq.
Bundan başqa, Şahdağ turizm mərkəzinin 3 kilometrliyində yerləşən Aladaş kəndində Dövlət Turizm Agentliyi tərəfindən müəyyən bərpa və abadlaşdırma işləri görülüb. Burada 2-3 ev sırf qonaq evi kimi fəaliyyət göstərəcək. Digər ev sahibləri də bu işdə maraqlıdırlar. Bu, Azərbaycanda kənd turizminin inkişafına imkan yaradır. Kurortların daxilindəki 4 və 5 ulduzlu otellər hər kəs üçün əlçatan olmaya bilər. Lakin alternativ qonaqlama yerlərində qiymətlər daha münasibdir və büdcəyə uyğun ev tapmaq mümkün olacaq.
Tufandağ qış turizm mərkəzində isə dağın yamacında xüsusi yelləncəklər quraşdırılacaq. Bu, qonaqlara dağın üzərindən açılan mənzərədən zövq almağa imkan verəcək. Həmçinin, burada da yeni yollar yaradılacaq" - departament rəhbəri qeyd edib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO











.jpg)

























