İqtisadi gündəm
Bu şirkətlərin vəziyyəti yaxşılaşır - Cabbarov
Dövlət Neft Şirkəti (SOCAR) də daxil olmaqla 4 iri dövlət şirkətinin maliyyə nəticələrinin əhəmiyyətli dərəcədə yaxşılaşması müşahidə olunur, bu meyl güclənir".
Publika.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, ötən müddətdə Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti çərçivəsində dövlət şirkətlərində korporativ idarəetmə islahatlarına start verilib.
"Hazırda bu şirkətlərin fəaliyyətinin maliyyə nəticələrinin yaxşılaşdırılmasına və şəffaflığın artırılmasına yönəlmiş kompleks fəaliyyət planı həyata keçirilir. Bu günə qədər 9 şirkətdə Müşahidə Şurası yaradılıb, birinin tərkibi dəyişdirilib. Holdinqin idarəetməsinə verilmiş 8 dövlət müəssisəsinə beynəlxalq məsləhətçilər cəlb edilməklə hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyət nəticələrinin diaqnostikası aparılıb. Hazırda 3 şirkətdə bu proses tamamlanmaqdadır. Diaqnostika əsasında təkmilləşdiriləcək sahələr və həll ediləcək məsələlər üzrə tədbirlər planı hazırlanır. Portfel şirkətlər üzrə korporativ strategiyaların hazırlanması, illik və ortamüddətli səmərəlilik göstəriciləri və maliyyə dayanıqlığının artırılması üzrə hədəflərin müəyyən olunması,habelə divident siyasətinin hazırlanması tədbirlər planının mühüm istiqamətlərini təşkil edir", - deyə o, qeyd edib.
"Holdinqin İdarəetməsinə verilmiş dövlət şirkətləri ölkə iqtisadiyyatının təməl müəssisələridir. Bu şirkətlərdə idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və iqtisadi səmərənin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə durumu və dayanıqlığın yaxşılaşdırılması əsas vəzifə olaraq müəyyənləşdirilib", - deyə M.Cabbarov əlavə edib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi









.jpg)

.jpg)

.jpg)




.jpg)

















.jpg)

.jpg)