İqtisadi gündəm
Georgiyevadan dünyaya XƏBƏRDARLIQ: "Həyat səviyyəsi pisləşə bilər"
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva dünyanın iyirmi ən böyük iqtisadiyyatını, eləcə də bütün digər ölkələri qlobal iqtisadi canlanmanı təhdid edən inflyasiyanı azaltmaq üçün müvafiq vasitələrdən istifadə etməyə çağırıb.
Publika.az-a xəbər verir ki, o, bunu şənbə günü Balidə (İndoneziya) keçirilən G20 nazirlərinin görüşündə çıxışı zamanı deyib.
“İlk növbədə ölkələr inflyasiyanın azaldılması üçün əlindən gələni etməlidir. Əgər bu həyata keçirilməsə, bu, iqtisadiyyatın dirçəlməsinə təhlükə yarada, əhalinin həssas təbəqələrinin həyat səviyyəsini pisləşdirə bilər”, - Fondun rəhbəri vurğulayıb.
O, Rusiyanın Ukraynaya qarşı müharibəsinin səngimədiyini, bunun da qiymətlərə əlavə təzyiq yaratdığını vurğulayıb. Eyni zamanda, ticarətdə uzunmüddətli fasilələr və qlobal təchizat zəncirlərində yeni “darboğazların” yaranması qlobal iqtisadi fəaliyyətə getdikcə daha çox təsir edir.
Georgiyeva qeyd edib ki, mərkəzi banklar milli iqtisadiyyatlar səviyyəsində fəallaşır və bu, “yaxşı xəbərdir”. Ancaq bu, çağırışlara cavab vermək üçün tələb olunan səylərin yalnız bir hissəsidir. Bununla əlaqədar olaraq o, hökumətləri mərkəzi bankların müstəqilliyini təmin etməyə, habelə fiskal siyasəti onların səylərinə mane olmamağa kömək edəcək şəkildə formalaşdırmağa çağırıb.
BVF rəhbəri G20 ölkələrini dünya iqtisadiyyatı üçün yeni çağırışları birlikdə aradan qaldırmaq üçün liderlik nümayiş etdirməyə çağırıb ki, bunlardan biri də ərzaq təhlükəsizliyidir.
Hüseyn İbadlı
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi









.jpg)

.jpg)
.jpg)




.jpg)


















.jpg)

.jpg)