İqtisadi gündəm
Büdcə xərcləri ARTDI: Vəsait hara XƏRCLƏNİB?
Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan dövlət büdcəsinin xərclərinin artması ilə bağlı hesabatını açıqlayıb.
Publika.az xəbər verir ki, hesabatda bu dövrdə büdcə xərclərinin 15 milyard 334.8 milyon manat təşkil etdiyi göstərilib. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 13 milyard 681.6 milyon manat olub. Burdan aydın olur ki, bir il ərzində büdcə xərclərinin ümumi həcmi 1 milyard 653,2 milyon manat artıb.
Qeyd edək ki, cari ildəki bücdə xərcələrinin ümumdaxili məhsuldakı (ÜDM) xüsusi çəkisi 20.7 faiz təşkil edib.
Büdcə xərclərinin artmasının səbəblərini Publika.az-a açıqlayan iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, Maliyyə Nazirliyi tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilən bu ilin büdcə layihəsində ötən ilin faktiki icra göstəricilərindən daha yüksək göstəricilər əks olunmuşdu:
“Burada diqqəti cəlb edən əsas üç məsələdən birincisi, dövlətin sosial xərclərinin və əməkhaqqı ödənişlərinin artması ilə bağlı idi. İnflyasiya ilə əlaqədar hökumət dövlət büdcəsindən maliyələşən sahələrdə işçilərin minimum əmək haqlarını və minimum pensiya məbləğlərini 20 faiz artırdı. Bunun üçün də büdcədə təqribən 1,4 milyard manat əlavə illik resurs nəzərdə tutuldu. İkinci məsələ, işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan vəsaitin həcmi ilə bağlı idi. Bu məbləğ də ötən illə müqayisədə bir neçə dəfə artırıldı. Hələ cari ilin əvvəlindən bu işlər üçün 2,2 milyard vəsaitin ayrılacağı bəlli idi. Bu da ötən illə müqayisədə 10 faiz artım deməkdir. İlin ortasında büdcədə yenidən dəqiqləşdirmələr aparıldı və büdcə xərclərinin həcmi təqribən 2,9 milyard manata qədər artırıldı. Burda əsas istiqamətlər ordunun döyüş qabiliyyətinin artırılması, milli təhlükəsizliyin təmin oluması və Qarabağın bərpasına əlavə resursların ayrılması ilə bağlıdır. Dövlət büdcəsinin xərclərini artıran əsas xərclər məhz bunlardır”.
Rövşən Ziya
-
Sosial13:43Nazirliyin idarə rəisi vəzifəsindən azad edildi - FOTO
-
Rəsmi xronika13:13İlham Əliyev fərman imzaladı
-
İdman12:54Ronaldonun Corcinası planetin ən nüfuzlu iki modelindən biridir - FOTOFAKT
-
Nida Xəbər 12:08Bakının təhvil verdiyi ermənini İstintaq Komitəsinə apardılar: Dindirirlər
-
Dünya12:02Moskvada Britaniya kəşfiyyatçısı ifşa edildi: Görün harada işləyirmiş
-
Dünya10:54ABŞ göstəriş verdi: Təyyarədaşıyan gəmi bu bölgəyə gəldi
-
Elm və təhsil10:12VACİB AÇIQLAMA: Bu halda məktəblərdə...
-
MDB09:18“Ən varlı deputat” həbs edildi: Bu qədər pul mənimsəyib






.jpg)





.jpg)

























