POST-NEFT dövrünə keçid: I mərhələdə nələr nəzərdə tutulur? - ANALİZ
Bizi izləyin

İqtisadi gündəm

POST-NEFT dövrünə keçid: I mərhələdə nələr nəzərdə tutulur? - ANALİZ

“2010-cu ildən etibarən Azərbaycanda postneft dövrünə birinci keçid başlayıb və bu proses 2030-cu ilə qədər davam edəcək. İkinci mərhələ isə 2030-2040-cı illəri əhatə edəcək. Bununla əlaqədar 2016-cı ilin dekabrın 6-da Prezident İlham Əliyev tərəfindən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman imzalandı və müvafiq olaraq, 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı qəbul olundu. Sənəddə 2025-ci ilə qədərki dövr üçün uzun müddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı müəyyən olunub”.

Bu barədə Publika.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimlinin sözlərinə görə, 2015-ci ildən Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı iqtisadi islahatlar həyata keçirilir:

“Bununla bağlı hökumətin qarşısına mühüm vəzifələr qoyulub. Bunlar, mövcud potensialdan istifadə etməklə islahatların aparılması, qeyri-neft sektorunun ümumdaxili məhsuldakı (ÜDM) payının artırılması ilə bağlı olduğu üçün müvafiq dövlət proqramları, strategiyalar hazırlanıb və qəbul edilib. Son dövrlərdə bu islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.”.

Ekspertin sözlərinə görə, yaxın gələcəkdə postneft dövrünə və IV sənaye inqilabına keçid qismən baş tutacaq:

“Neft hasilatı aşağı düşəcək, qeyri-neft sektoru daha da güclənəcək, yeni sənaye müəssisələri və alternativ enerji mənbələri yaradılacaq. Eyni zamanda, loqistika, nəqliyyat, ağır və yüngül sənaye, müdafiə və kənd təsərrüfatı sahələrində müsbət dinamika baş verəcək. Turizm, nəqliyyat, logistika, informasiya texnologiyaları, təbii sərvətlərdən, mineral və faydalı qazıntılardan səmərəli istifadə, eləcə də tikinti-inşaat sahələrinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bu sahələr üzrə yeni yol xəritələri, strategiyalar və tədbirlər planları hazırlanmaqdadır. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” qəbul olunub. Bu strategiya çərçivəsində qarşıya qoyulan əsas hədəflər alternativ və bərpas olunan enerji sahələrinin inkişafı, nəqliyyat infrastrukturunun şaxələndirilməsi, yeni sənaye parklarının və azad iqtisadi zonaların yaradılmasıdır. Xəzərin sahilində hövzə ölkələrinə yükdaşımaların daha səmərəli həyata keçirilməsü üçün yeni limanlar inşa olunur. Hazırda Ələt limanından beynəlxalq daşımalar yüksək səviyyədə davam edir”.

E.Kərimli qeyri-neft sektorunun inkişafının tərkib hissəsi kimi, hazırda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrin uğurlu icrasından da bəhs edib:

“Füzuli rayonu ərazisində yeni hava limanı inşa olundu. Laçın və Zəngilan rayonlarında isə işlər davam edir. Eləcə də digər tikinti və infrastruktur layihələri həyata keçirilir”.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm