İqtisadi gündəm
Qismən səfərbərlik: DOLLAR son 20 ilin REKORDUNA çatdı
Sentyabrın 21-i ticarətdə ABŞ dollarının dəyəri son 20 ilin ən yüksək həddinə yüksəlib.
Publika.az “Reuters”ə istinadən xəbər verir ki, məzənnənin kəskin yüksəlməsinə Rusiyada qismən səfərbərlik elan edilməsi səbəb olub.
ABŞ dollarını digər altı əsas valyutanın səbəti qarşısında ölçən DXY İndeksi ticarət zamanı 0,5 faizdən çox artaraq 110,87-yə çatıb ki, bu da 2002-ci ildən bəri ən yüksək səviyyədir.
Əks tendensiya Avropa valyutalarına təsir edib. Onlar isə əksinə, valyuta bazarlarında satışdan xeyli zərər çəkiblər. Agentlik iddia edir ki, Kremlin ölkədə qismən səfərbərliyə dair bəyanatları yalnız Aİ iqtisadiyyatında tənəzzülün pisləşməsi ilə bağlı mənfi gözləntiləri gücləndirib.
“Nəticədə avro iki həftənin minimumu 0,9885 dollara düşüb. Funt sterlinq 0,4 faiz ucuzlaşaraq 1,1304 dollara kimi 37 ilin ən aşağı səviyyəsinə enib”, – məlumatda deyilir.
Dolların əsas dünya valyutalarına, o cümlədən avroya nisbətdə möhkəmlənməsi yaxın gələcəkdə ABŞ Federal Ehtiyat Sistemi (FRS) tərəfindən əsas məzənnənin kəskin artırılmasından təsirlənməlidir. “Reuters” yazır ki, FED-in növbəti iclasında ardıcıl üçüncü dəfə faiz dərəcələrini artıracağı gözlənilir
Akqabay
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi











.jpg)























