İqtisadi gündəm
Sahibkarları incidənlərə qarşı yeni addım - CƏRİMƏLƏR BİR AZ DA ARTIRILSIN
Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin ikiqat artırılmasına dair layihə təsdiqlənib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklə Məcəllənin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan gerçəkləşdirilməsinə görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcəklər.
Məcəllənin hazırkı bəndinə əsasən isə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan gerçəkləşdirilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilirlər.
Bununla bağlı mövzunu şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov Publika.az-a açıqlamasında bildirdi ki, sözügedən dəyişikliklər sahibkarlıq sahəsində aparılan yoxlamaların Vahid Məlumat Reyestrində qeydiyyata alınmadan gerçəkləşməsinin qarşısını alır və buna qaarşı cərimələri artırır.
Bu yoxlamaların müvafiq dövlət orqanları tərəfindən həyata keçirildiyini söyləyən müsahibimiz qeyd etdi ki, əslində aparılan yoxlamaların dayandırılması haqqında qanun var və 2023-cü ilin yanvarın 1–də başa çatacaq:
“Qanunun müddəti ancaq ya Milli Məclis, ya da prezident İlham Əliyev tərəfindən artrıla bilər. Dövlətimizin başçısı təşəbbüs göstərərək yenidən layihə təqdim edə və sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında yeni qanun qəbul etdirə bilər. Hətta bunun dayandırılması haqqında müddəti növbəti ilə qədər uzada bilər. Amma hazırda söhbət ondan gedir ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, sahibkarlıq subyektlərində qeyri-qanuni və dolayı yolla aparılan yoxlamalara görə cərimələr artırılır və bununla hökumət rəsmi instansiyalara xəbərdarlıq edir. Bildirir ki, lüzumsuz yerə sahibkarlıq subyektləri yoxlanılmasın və onun fəaliyyətinə müdaxilə edilməsin. Əgər belə bir məcburiyyət yaranarsa, bunu mütləq Vahid Məlumat Reyestrinə rəsmi qaydada qeydə almaqla həyata keçirsinlər”.
Bu dəyişikliyi çox müsbət addım kimi dəyərləndirən ekspert hesab edir ki, bu cərimələr bir az da artırılmalıdır:
“Çünki, bu, ölkədə sahibkarlığın inkişafına xidmət edir. Eyni zamanda, sahibkarların lüzumsuz yerə incidilməsinin, onların fəaliyyətinə müdaxilə edilməsinin qarşısını alır”.
Rövşən Ziya
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır











.jpg)


























