İqtisadi gündəm
Yeni ildə Azərbaycanda dollar bahalaşacaq? - Xarici ticarət tərəfdaşlarımızın...
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) yenidən uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etdi. Uçot stavkası 4.4 faiz müəyyənləşdirilən Birləşmiş Ştatlarda 2007-ci ildən sonra ən yüksək dərəcə tətbiq olunur. 2022-ci ildə dollar 6 səbət valyutaya nisbətən kəskin möhkəmlənsə də, son qərardan sonra birjalara ciddi dalğalanma müşahidə olunmur.
Yeni ildə Azərbaycanda dollar bahalaşa bilərmi?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Publika.az-a bildirib ki, 2023-cü ildə Azərbaycanda dolların bahalaşması gözlənilmir. Onun sözlərinə görə, ölkəmizdə dolların məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir.
“Azərbaycanda kifayət qədər ehtiyat var, neftin qiyməti də normaldır. Maliyyə bazarında ciddi problem yoxdur. 2023-cü ilin dövlət büdcəsini müzakirə edərkən Mərkəzi Bank məlumat verdi ki, dolların məzənnəsi yenə də 1.70 səviyyəsində saxlanacaq. Bu, bizim üçün əhəmiyyətli məsələlərdən biridir. Çünki ölkəyə çox sayda investorlar gəlir. Hazırda Qarabağda bərpa və quruculuq işləri aparılır. Məzənnənin dəyişməsi onlar üçün də yaxşı deyil. Ona görə də manatın məzənnəsinin saxlanması vacibdir”.
Dollar bu halda bahalaşa bilər
V.Əhmədov hesab edir ki, manatın məzənnəsinin dəyişməsi həm də dünyada gedən proseslərdən asılıdır:
“Dünyada hazırda çox ciddi proseslər gedir. Məzənnə də məhz buna uyğun olaraq dəyişir. Hələlik manata bununla bağlı hansısa təsirin olacağı gözlənilmir. Amma gələcəkdə ciddi problemlər ortaya çıxarsa, manatın məzənnəsi dəyişə, dollar bahalaşa bilər. Amma hələ ki, belə bir təhlükə proqnozlaşdırılmır. Ən azından 2023-cü ilin birinci yarısına qədər ciddi dəyişiklik gözlənilmir”.
Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.
“Mərkəzi Bank ilin sonunadək manata təhdidlərin olmadığını bildirmişdi. 2022-ci il artıq başa çatmaqdadır. Mərkəzi Bankın 2023-cü il üçün pul-kredit siyasətininin ümumi istiqamətlərində baş bank maliyyə stabilliyini qoruyub saxlamağa çalışacağını bəyan edib. Bununla yanaşı, Mərkəzi Bankda gələn il manata təsir edən faktorların da nəzərə alınacağı gizlədilmir. Gələn il xarici faktorlar məzənnə siyasətinin həyata keçirilməsində heç də az əhəmiyyətli olmayacaq. Amma Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla, daha uzun müddətli dövr üçün rəsmi proqnozların elan edilməsi məqsədəuyğun olardı. Bu, milli valyutada yığımlar və uzun müddətli sərmayə qoyuluşları, xüsusən də yerli investisiya baxımdan da vacibdir”.
V.Bayramov qeyd edib ki, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir: “Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Xarici ticarət tərəfdaşlarımızın milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir”.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO