İqtisadi gündəm
Dollar çökür: Vəsaitinizi xilas etməyin yeganə yolu budur
Beynəlxalq ekspertlər hesab edirlər ki, yeni iqtisadi böhran zamanı vətəndaşların ən həssas kateqoriyası bütün əmanətlərini dollarda saxlayanlar olacaq.
Tanınmış rusiyalı iqtisadçı Valentin Katasonov bildirib ki, qarşıdan gələn qlobal maliyyə apokalipsisi dolların hegemonluğu və gücü məsələsinə son qoyacaq. Katasonov hesab edir ki, ən çox qorunan mövqedə uzun illərdir metodik şəkildə qızıl toplayan insanlar olacaq. Onun fikrincə, dolların çökməsi vəziyyətində qiymətli metalın dəyəri inanılmaz sürətlə artacaq.
Rusiyalı iqtisadçı Mixail Xazin də bəyan edib ki, yaxın bir neçə il intervalında əmanətləri dollarla saxlamaq çox pis fikirdir. Yalnız səyahət etmək fikri olanların pulunu dollara çevirməsi doğru olar. Proses böhrana doğru gedir. Nəticədə, dollar indiki cəlbediciliyində əsas payını və dünyanın aparıcı valyutası kimi hazırkı statusunu itirə bilər. Dollar adi regional valyutaya çevrilə bilər. Yaxın vaxtlarda ABŞ-da maliyyə bazarları çökəcək. Bu səbəbdən əksər investorlar dolları kəskin şəkildə “tərk etməyə” başlayacaqlar. Şübhəsiz ki, qlobal böhran səbəbindən valyutanın ucuzlaşması müşahidə olunacaq. Beş ildən sonra dollar mütləq ən likvid aktiv olmaqdan çıxacaq”, - iqtisadçı proqnozlaşdırıb.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp da bəyan edib ki, ABŞ iqtisadiyyatı hazırda tənəzzüldədir və tezliklə dollar hesablaşmalar üçün dünya standartı olmayacaq. Sabiq prezident dolların çökəcəyini proqnozlaşdırıb.
Beynəlxalq ekspertlərin dollarla bağlı səsləndirdiyi bu mənfi proqnozlar nə dərəcədə özünü doğruldacaq? Dollar həqiqətənmi çökəcək? Və ən əsası: bütün bu qorxulu proqnozlar fonunda hazırda əmanət saxlamaq üçün ən optimal üsul hansıdır?
Mövzu ilə bağlı Publika.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, bəzi ölkələr dollardan imtina etməyə çalışır.
V.Bayramov hesab edir ki, son günlər avronun dollara nisbətən məzənnəsinin möhkəmlənməsi, həm də dollardan istifadənin nisbətən azalması ilə bağlıdır.
"Amma dollardan istifadə kəskin azalmayıb. Yenə də qlobal rezervlərin 60 fazidən çoxu dollarda saxlanılır. Dollar indi də dünyada aparıcı yığım vasitəsidir. Bu ilin fevralından etibarən Rusiyada ölkə tarixində ilk dəfə olaraq Çin pulundan istifadə səviyyəsi dolları keçib. Eyni zamanda Çin və Braziliya qarşılıqlı ticarətdə dolların minimumlaşdılılması ilə bağlı razılıq əldə ediblər. Təbii ki, bütün bunlar dolların mövqeyinə təsir göstərir".
Ekspert vurğulayıb ki, xüsusilə qlobal valyuta olaraq dolların çox qısa zamanda dövriyədən çıxması real görünmür.
Onun sözlərinə görə, ABŞ yenə də ən aparıcı dövlət statusunu qoruyub saxlayır.
Vətəndaşlarımızın əmanətlərini daha təhlükəsiz formada necə saxlamaları məsələsinə gəlincə, iqtidasadçı qeyd edir ki, Azərbaycan vətəndaşları üçün səbət formasında valyutanın saxlanılması daha məqsədəuyğun hesab olunur.
"Azərbaycan Dövlət Neft Fondunun valyuta yığımlarına diqqət etsək, görərik ki, yenə də dollara ağırlıq verilir. Digər suveren fondlarda da dollarla yığımlar üstünlük təşkil edir. Ona görə də, daha məqsədəuyğun olardı ki, vətəndaşlarımız vəsaitin bir hissəsini dollarda, bir hissəsini avroda, qalanını isə milli valyutada saxlasınlar. Çünki bütün hallarda həm cari xərcləmələr, həm də digər məqsədlər üçün manata ehtiyac var. Ona görə də, vəsaitin üç valyutada saxlanması daha məqsədəuyğundur", - ekspert deyib.
V.Bayramov onu da qeyd edib ki, istər banka yerləşdirilmə, istərsə də digər formada vəsait yığımı həyata keçirilirsə, əmanətlər üç valyutada (dollar, avro, manat) saxlanarsa, bu, valyuta risklərinin ciddi şəkildə minimumlaşdırılmasına gətirib çıxara bilər.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,58 % azalaraq 1,8513 manat, Rusiya rublunun məzənnəsi isə 0,47% geriləyərək 0,0213 manat təşkil edib.
Akqabay Mıradov
-
Kriminal09:50
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi
-
İdman09:16
Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
-
Nəqliyyat08:12
Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi
-
Nida Xəbər 07:30
Qaiser Navabdan MESAJ: Azərbaycan elə bir gücə malikdir ki...
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Magazin105:15
Aynişan Maldivdə belə dincəlir - FOTO
-
Səhiyyə01:41
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - FOTO
-
MDB00:45
Zaxarovaya brifinq zamanı SİRLİ ZƏNG - Xəbərdarlıq aldı / VİDEO