İqtisadi gündəm
Qlobal ticarət 2 böyük bloka bölünür, təhlükə yaxınlaşır: BƏDBİN PROQNOZ
"Çin və ABŞ arasındakı qarşıdurma səbəbindən dünya iqtisadiyyatı ÜDM-in 10%-ni itirə bilər. Mütəxəssislər qlobal ticarətin 2 böyük bloka bölünməsi halında belə bir ssenarinin olacağını gözləyirlər".
Publika.az xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının ( ÜTT) rəhbəri Nqozi Okonjo-İveala "Financial Times" qəzetinə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, qlobal ÜDM-in azalması ilə bağlı ilkin proqnoz 5% səviyyəsində idi, lakin Çin və ABŞ arasında yeni mübarizə raundu iqtisadçıları proqnoza yenidən baxmağa məcbur etdi.
Nəticədə, onlar bu qənaətə gəlib ki, eniş 8,7% olacaq.
ÜTT rəhbəri qeyd edib ki, bundan ən çox əziyyət çəkən inkişaf etməkdə olan ölkələr olacaq. Onlar üçün ÜDM-in azalması real çökməyə çevrilə bilər, ona görə də iqtisadi siyasətlərinə 14% və ya daha çox azalma daxil etməlidirlər.
Digər tərəfdən, Okonjo-İveala qeyd etdi ki, qlobal iqtisadiyyata onlayn ticarətin inkişafı kömək edə bilər. Ekspertin sözlərinə görə, bu sənaye son illər “fenomenal” inkişaf edib. Xüsusilə, 2020-ci ildən 2022-ci ilə qədər bu cür satışın həcmi ildə 3,8 trilyon dollara qədər artıb ki, bu da bütün dünya iqtisadiyyatının 13%-ni təşkil edir.
Qeyd edək ki, BVF bildirib ki, indi dünya iqtisadiyyyatında yüksək qeyri-müəyyənliklə xarakterizə olunur. Onun bərpasına nail olmaq çətindir və parçalanma dərinləşir. Mütəxəssislər xəbərdarlıq ediblər ki, bir çox ölkələrdə borc zəifliyi artıb, ərzaq və enerji təhlükəsizliyinə təhlükə qalmaqdadır.
Ayşən Rəhim
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO











.jpg)























