Magazin2
Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
Nyu-Cersidə aktyor Conatan Tirsten 60 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə TMZ sənətçinin qardaşına istinadla məlumat yayıb.
““Yatan düşərgə” adlı kult sleşer filmindəki Rikki Tomas rolu ilə tamaşaçılara tanış olan amerikalı aktyor Conatan Tirsten təxminən bir həftə əvvəl Nyu-Cersi ştatındakı evində ölü tapılıb. Onun ölüm xəbərini qardaşı Uilyam təsdiqləyib. Baş vermiş hadisənin səbəbləri hələlik araşdırılır. Aktyorun ölümdən əvvəlki sağlamlıq vəziyyəti barədə rəsmi məlumatlar açıqlanmır. Ölümün şəraiti və dəqiq səbəbi də hazırda müəyyən edilməyib”, - məlumatda qeyd edilib.
Tirsten nəinki orijinal filmdə çəkilib, həm də franşizanın iki davamında - "Yatan düşərgəyə qayıdış" və "Yatan düşərgə 4" layihələrində iştirak edib. Qorxu filmləri seriyasındakı işindən başqa, o, "Mükəmməl ev" filmində manyak rolunu canlandırıb və bu ifasına görə ən yaxşı aktyor kimi mükafatlara layiq görülüb.
Hüseyn İbadlı
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı






.jpg)



























