İqtisadi gündəm
Qaz qiymətlərində sıçrayış: Proqnozlar Avropanı sarsıtdı
Çin, Hindistan və Yaponiya qaz uğrunda Avropa İttifaqı ilə şiddətli rəqabətə başlayır. Aİ səlahiyyətliləri üçün bu, yanacağın qiymətlərindəki yeni sıçrayışa hazırlaşmaq vaxtının çatması deməkdir.
Publika.az xəbər verir ki, “İzvestiya”ya müsahibə verən analitiklər bu qənaətdədirlər.
"Borcell" analitik şirkətinin vitse-prezidenti Olqa Veretennikova bəyan edib ki, Avropa bazarı qaz təchizatı ilə bağlı problemlərə çox həssas olaraq qalır. Bunu Norveçdən gələn tədarükün azalması da göstərir. Avropa ABŞ və ya Qətər kimi daha çox qaza ehtiyac duya bilər. Veretennikov deyir ki, Asiya dövlətləri məhz bu təchizatçılara arxalanırlar. Yüksək tələbat yenidən qiymət artımına səbəb ola bilər.
Müstəqil sənaye eksperti Leonid Xazanov da eyni fikirdədir. O bildirib ki, hazırda Avropada paradoksal vəziyyət yaranır. Aİ-nin ABŞ, Avstraliya, Qətər və Nigeriyadan alacağı qaz hamı üçün kifayət etməyə bilər. Çin, Hindistan və Yaponiyanın da buna ehtiyacı var.
Analitik Tamara Safonova isə ildirib ki, ən çox enerji tələb edən müəssisələr bağlanır və Aİ-ni digər məhsulların, xüsusən də gübrələrin idxalından daha da asılı vəziyyətə gətirir.
"Energy Plus" şirkətinin inkişaf direktoru Pavel Marışev deyib ki, Avropanın enerji təhlükəsizliyinə daha bir zərbə 14-cü anti-Rusiya sanksiyalar paketi olacaq.
Adəm Abbaslı
-
Qoroskop01:40Günün ulduz falı: Tələsik addımlar atmayın!
-
Hadisə00:35Mirmahmud Mirəlioğlunun qəfil ölən 18 yaşlı nəvəsinin FOTOLARI
-
ABŞ17 Dekabr 23:55ABŞ bu gecə müharibəyə başlayır? - Tramp hər an elan edə bilər
-
Hadisə17 Dekabr 21:57Sumqayıtda meyiti tapılan 18 yaşlı gənc partiya sədrinin nəvəsidir
-
Dünya17 Dekabr 21:0313 il öncə yoxa çıxan təyyarə TAPILDI
-
Dünya17 Dekabr 20:50Norveçdən Rusiyaya qarşı ilginc plan - Körpülər partladılacaq və...
-
İdman17 Dekabr 20:38Bu zədə ona baha başa gəlir: Hər oyuna görə 55 milyon itirir
-
Sosial17 Dekabr 18:50Azərbaycanda bir qrup şəxsə avtomobil VERİLƏCƏK



































