İqtisadi gündəm
Maliyyə dünyası qarışacaq: Ərəbistan dollardan imtina edir
Səudiyyə Ərəbistanının ABŞ ilə 50 illik neft-dollar paktını yeniləməmək qərarından sonra maliyyə dünyasını əhəmiyyətli dəyişikliklər gözləyir.
Publika.az "Bizcommunity" portalına istinadən xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanının 1974-cü il iyunun 8-də imzaladığı təhlükəsizlik sazişi birgə komissiyanın yaradılmasını nəzərdə tuturdu.
Müqavilənin müddəti 2024-cü il iyunun 9-da başa çatıb. Müqavilənin uzadılmaması qərarı Səudiyyə Ərəbistanına neft və digər malları təkcə ABŞ dolları deyil, Çin yuanı, avro, yen daxil olmaqla bir çox valyutada satmağa imkan verəcək. Bundan əlavə, Bitcoin kimi rəqəmsal valyutalardan istifadə imkanları da nəzərdən keçirilə bilər.
Materialın müəllifi vurğulayır ki, belə bir qərar 1972-ci ildə yaradılmış neft-dollar sistemindən tədricən imtinaya işarədir və ABŞ dollarından qlobal imtinanı sürətləndirəcəyi gözlənilir.
Bu yaxınlarda Səudiyyə Ərəbistanı bir neçə mərkəzi bankla birgə rəqəmsal valyuta (CBDC) platformasını araşdıran “Bridge” layihəsində iştirak etdiyini elan edib.
Qeyd olunur ki, layihədə İsrail Bankı, Namibiya Bankı, Fransa Bankı, Bəhreyn Mərkəzi Bankı, Misir Mərkəzi Bankı, İordaniya Mərkəzi Bankı, Avropa Mərkəzi Bankı, Beynəlxalq Valyuta Fondu, Nyu-York Federal Ehtiyat Bankı, ABŞ-ın Ehtiyat Bankı, Avstraliya və Dünya Bankı iştirak edir.
Adəm
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO





























.png)

.jpg)





