İqtisadi gündəm
Azərbaycanın xarici dövlət borcu artacaq – Hansı risklər gözlənilir?
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 361,3 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,8 faizi elə dollarda olub. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, borcun tərkibində avro 6 faiz, yapon yeni 3 faiz, digər valyutalar 0,6 faiz, Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları isə 3,6 faiz paya malik olub. Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,4 faizini, sabit dərəcə ilə olanlar isə 51,6 faizini təşkil edib.
Xarici dövlət borcunun 25,9 faizi avrobondlar üzrə, 35 faizi Asiya İnkişaf Bankı üzrə, 16,7 faizi Dünya Bankı üzrə, 22,4 faizi isə digər kreditorlardan cəlb edilmiş öhdəliklər olub.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycanın xarici borcu kifayət qədər optimaldır:
“Son illər ərzində xarici borcların səviyyəsinin optimallaşdırılması strategiyası çərsivəsində borc məbləği daha da aşağı salınır. Bu il ərzində də xarici borcun azaldılması ilə bağlı bir çox ödənişlər həyata keçirilib. Fiskal mühiti və ölkənin strateji valyuta ehtiyatlara diqqət yetirsək, iqtisadiyyatın miqyasına nəzərən demək olar ki, bu göstərici kifayət qədər məqbuldur”.

Rəşad Həsənovun sözlərinə görə, hər hansı ciddi risk yoxdur: “Bu borcların ödənilməsi ilə bağlı qısa müddət ərzində Azərbaycanın imkanları var. Bundan əlavə, gələcəkdə işğaldan azad olunmuş ərazilərdə bərpa prosesi və infrastrukturun formalaşdırılması çərçivəsində borcun artması müşahidə olunacaq. Bütün hallarda borc artsa belə, təhlükəli həddə gəlib çatmayacaq”.
Aysel Şahmar
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO














.jpg)


.jpg)





















