Nida Təhlil
Rusiyanın yeni anti-Azərbaycan kampaniyası: Arxasında nə dayanır?
Son günlər Rusiya mediasında və sosial şəbəkələrdə Azərbaycana qarşı yeni informasiya kampaniyasının yenidən intensivləşdiyi müşahidə olunur. Bu proses Prezident İlham Əliyevin Rusiya ilə münasibətlərin normallaşdığını bəyan etməsi və xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri fonunda xüsusi diqqət çəkir. Eyni zamanda, Rusiyada yaşayan azərbaycanlılara qarşı ittihamlar, təhqiramiz ifadələr və məqsədli informasiya hücumları da artmaqdadır.
Bəs Azərbaycana qarşı yenidən aktivləşən bu informasiya kampaniyasının arxasında hansı siyasi məqsədlər dayanır?
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirdi ki, Rusiya tərəfindən Azərbaycana qarşı dövri xarakter daşıyan informasiya və təbliğat kampaniyaları yeni hal deyil.
Onun sözlərinə görə, xüsusilə son iki ildə, Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin vurulmasından sonrakı dövrdə bu vəziyyət daha qabarıq şəkildə özünü göstərib:
“Həmin dövrdə Rusiya media məkanında anti-Azərbaycan ritorikası isterik səviyyəyə çatmışdı. Son günlər yenidən Azərbaycana qarşı kampaniyanın başlanmasının əsas səbəbi Azərbaycan Prezidentinin Şuşa Qlobal Media Forumunda etdiyi çıxışdır. Orada Prezident Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha bəyan etdi. Bu isə Rusiya siyasi dairələrində heç də müsbət qarşılanmadı.
Şübhəsiz ki, bunun arxasında duran əsas səbəb Azərbaycana təzyiq göstərmək cəhdidir. Baxmayaraq ki, Azərbaycan Prezidenti həmin çıxışında Rusiya ilə münasibətlərdə mövcud olan müsbət istiqamətləri də xüsusi olaraq qeyd etdi. Biz zaman-zaman Moskvanın bu cür addımlarına şahid oluruq. Xüsusilə də Rusiya media məkanında həddi aşan qeyri-etik ifadələr təkcə Azərbaycana deyil, digər ölkələrə qarşı da yönəldilir”.

Politoloqun fikrincə, anti-Azərbaycan ritorikasının yenidən gündəmə gətirilməsi Rusiyanın Ukrayna müharibəsində üzləşdiyi uğursuzluqlar və regiondakı mövqelərinin zəifləməsi ilə əlaqəlidir:
“Rusiya Ukrayna müharibəsində ciddi uğursuzluqlarla üzləşib. Son iki ayda Ukrayna strateji təşəbbüsü ələ keçirib və enerji infrastrukturu, xüsusilə yanacaq sektorunu hədəf almaqla Rusiyaya olduqca ağır zərbələr vurub. Müharibə artıq ölkənin dərinliklərinə, o cümlədən Moskva və Sankt-Peterburqa qədər yayılıb. Bu isə Rusiyada ciddi narahatlıq və isterik vəziyyət yaradıb. Ukrayna cəbhəsində mühüm nəticələr əldə edə bilməyən Rusiya bunu digər istiqamətlərə yönəltməyə çalışır.
Xüsusilə də Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi ilə heç cür barışa bilmir. Lakin proseslər göstərir ki, bu mövqelərin zəifləməsi bundan sonra da davam edəcək. Hesab edirəm ki, Rusiyanın əsas məqsədlərindən biri ənənəvi ritorikanı davam etdirmək, Azərbaycana və ümumilikdə Cənubi Qafqaz ölkələrinə təsir imkanlarını artıraraq bölgədəki mövqeyini gücləndirməyə çalışmaqdır. Ukrayna müharibəsi səbəbindən düşdüyü ağır vəziyyətdən çıxmaq üçün Rusiya xarici düşmən obrazı yaratmaqla mövcud vəziyyətdən çıxmağa çalışır”.
Müəllif: Roza Şəfiyeva
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Avropa13:20Keçmiş xarici işlər nazirindən proqnoz: Avropa yeni müharibəyə doğru irəliləyir
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
































.jpg)




