Nida Xəbər
Ağdaşın bu kəndlərində yeni su şəbəkələri qurulacaq
Ağdaş rayonunun Binələr, Davudlu, Cardam və Kotanarx kəndlərində yeni su təchizatı sistemlərinin yaradılması üzrə layihə-smeta sənədləri hazırlanıb.
Publika.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.
Bu gün isə rayonun Pirəyir kəndində yeni içməli su təchizatı sistemi istifadəyə verilib. Kənddə mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Ləki qəsəbəsi və Nehrəxəlil kəndini içməli su ilə təmin edən 280 mm diametrli magistral su kəmərindən birləşmə verilərək yeni paylayıcı su şəbəkəsi inşa edilib.
Layihə çərçivəsində kənddə ümumilikdə 8,5 km uzunluğunda su şəbəkəsi çəkilib, 194 fərdi yaşayış evi şəbəkəyə qoşulub. Bundan əlavə, sudan səmərəli istifadə və dəqiq uçotun aparılması üçün bütün abonentlər su sayğacları ilə təmin olunub.
Hazırda 723 nəfərin yaşadığı Pirəyir kəndinin gündəlik 140 kubmetr suya olan tələbatı yeni sistem vasitəsilə tam qarşılanacaq.
Ağdaş şəhərinin su təchizatı Türyançay çayının məcrasında yerləşən 8 subartezian quyusu hesabına təmin olunur. Şəhərdə 8 681 abonent mövcuddur. Su şəbəkəsinin ümumi uzunluğu 175 km, magistral su kəmərlərinin uzunluğu 16,5 km, kanalizasiya şəbəkəsinin uzunluğu isə 126 km təşkil edir. Rayon ərazisində, həmçinin, hər biri 5 min kubmetr olmaqla iki su anbarından ibarət kompleks fəaliyyət göstərir.
Hazırda rayon üzrə 31 yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. Bunlardan 3 kənd paylayıcı su şəbəkəsi, 3 kənd ictimai bulaqlar, 25 kənd isə modul tipli sutəmizləyici qurğular vasitəsilə içməli su ilə təmin edilir.
2026–2027-ci illərdə Ləki qəsəbəsi və Nehrəxəlil kəndində mövcud su təchizatı sisteminin genişləndirilməsi, Qolqəti və Yenicə kəndlərində yeni su təchizatı sisteminin yaradılması üzrə layihələrin hazırlanması və tikinti-quraşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur








.jpg)


.jpg)























