İqtisadi gündəm
Rusiyadan gözlənilməz addım: İşçiləri Orta Asiyadan yox, bu ölkələrdən gətirəcəklər
Mərkəzi Asiyadan olan əmək miqrantlarına münasibətin sərtləşməsini nəzərə alsaq, Rusiyaya Hindistan və Şimali Koreyadan işçilərin gətirilməsinə başlanılacaq.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hökuməti yanında Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Aleksey Zubets bildirib.
Onun sözlərinə görə, işə qəbul agentlikləri mürəkkəb sənaye sahələrində istifadə oluna bilən bir neçə min ixtisaslı işçinin Hindistandan Rusiyaya gətirilməsində böyük problem görmürlər. Orta Asiyadan gələn miqrantlar haqqında bunu həmişə demək olmaz.
O, eyni zamanda miqrasiya məsələsinin Rusiyada sosial gərginlik yaratdığını vurğulayıb. Xalq yerli vətəndaşların işdən qovulmasından qıcıqlanır, miqrantların özləri isə Rusiya cəmiyyətinə inteqrasiya etmək istəmirlər.
Qeyd edək ki, miqrantların istehsalatdakı maaşları 2024-cü ilin yayına qədər demək olar ki, 150 min rubla qədər artıb. Bu vəziyyət Rusiya müəssisələrinin qaynaqçılar, betonçular, monolit işçiləri və armatur işçilərinin kəskin çatışmazlığı ilə izah olunur. Eyni zamanda, immiqrantlar getdikcə daha çox qanuni işə cəlb olunurlar.
Adəm Abbaslı
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO














.jpg)


.jpg)





















