İqtisadi gündəm
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
“Azercell Biznes” korporativ müştərilərinə göstərdiyi xidmətləri rəqəmsallaşdırmağa davam edir. Şirkət eyniadlı tətbiqinin imkanlarını genişləndirərək elektron sənəd dövriyyəsi üçün nəzərdə tutulan yeni həlli təqdim edir.
Publika.az xəbər verir ki, bu funksiya korporativ müştərilərə sənədləşmə prosesini daha çevik və rahat - rəqəmsal şəkildə həyata keçirmək imkanı verir. Belə ki, “Azercell Biznes” tətbiqi vasitəsilə sənədləri artıq kağız əsasında deyil, elektron şəkildə yaratmaq və imzalamaq mümkündür.
Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!
Müvafiq sənədlər “Asan İmza” və ya “Sima” elektron imzası vasitəsilə təsdiqlənir. Bu da e-sənədlərə ənənəvi şəkildə imzalanan sənədlərlə eyni hüquqi status verir.
Qeyd edək ki, rəqəmsal sənədləşmə prosesində məlumatların təhlükəsizliyi və məxfiliyi yüksək səviyyədə qorunur. Ən əsası isə sənəd mübadiləsinin səmərəliliyini artıran bu dəyişiklik eyni zamanda kağız sərfiyyatını da minimuma endirməyə dəstək olur.
“Azercell Biznes” ilə sənədləşmə indi daha rahat, təhlükəsiz və sürətlidir.
“Azercell Biznes”in bu və digər rəqəmsal transformasiya həlləri ilə daha ətraflı tanış olmaq üçün:
https://www.azercell.com/az/corporate/mobile-communications/special-services/azercell-biznes.html
-
İKT12:12İnsanlığı məhv edəcək - Daha bir məşhur süni intellekt tədqiqatçısı sektoru tərk etdi
-
Nida Xəbər 11:30Pərvin Mirzəzadəyə yüksək vəzifə verildi
-
Sağlamlıq10:12İlan qanından "kokteyl” hazırlandı: Kim içsə... - MÖCÜZƏ
-
Nida Xəbər 09:51Mehriban Əliyeva paylaşım etdi - FOTO
-
Hadisə09:48Xalq artisti vəfat etdi - FOTO
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu










.jpg)


.png)
.jpg)


















.png)



