İqtisadi gündəm
Neftin qiyməti iki dəfə aşağı düşə bilər: Qərbin ssenarisi
OPEC+ ölkələri neft hasilatına qoyulan məhdudiyyətlərdən əl çəksələr, 2025-ci ildə neftin qiyməti 2024-cü ildəki 70-80 dollardan 30-40 dollar/barelə düşə bilər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın CNBC telekanalı Neft Qiymətləri İnformasiya Xidmətinin enerji təhlilinin qlobal rəhbəri Tom Kloza istinadən məlumat yayıb.
“İndi neftin qiymətləri ilə bağlı qorxu son zamanlarla müqayisədə daha çoxdur”, - deyə spiker qeyd edib.
Digər bazar ekspertləri də OPEC+ ölkələrinin belə qərarının son dərəcə mənfi nəticələrindən danışırlar. Beləliklə, "MST Marquee"nin enerji analitiki Saul Kavonic hesab edir ki, tələb nəzərə alınmadan neft hasilatına qoyulan məhdudiyyətlərin götürülməsi bazar payı üçün qiymət müharibəsinə start verəcək və bu, yanacağın qiymətlərinin COVID-dən sonrakı minimum səviyyəyə enməsinə səbəb ola bilər.
Sentyabrda OPEC+ neft qiymətlərindəki enişin qarşısını almaq üçün neft hasilatını mərhələli şəkildə artırmağa başlamaq planlarını iki ay müddətinə, noyabr ayına qədər təxirə saldı. Bu yaxınlarda kartel neft hasilatının könüllü azaldılmasını dekabrın sonuna qədər uzadıb.
Adəm Abbaslı
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda











.jpg)







.jpg)
















.jpg)
