İqtisadi gündəm
Vasif Adıgözəlovun 80 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, 2015-ci ilin
iyul ayında görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar
incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Vasif
Zülfüqar oğlu Adıgözəlovun anadan olmasının 80 illiyi tamam
olur.
Vasif Adıgözəlov Azərbaycanın zəngin musiqi sənəti salnaməsinə yeni
səhifələr yazmış şəxsiyyətlərdəndir. Bəstəkarın xalq mahnıları və
muğam ənənələri zəminində dünya musiqisinin mühüm nailiyyətlərindən
bəhrələnməklə ayrı-ayrı janrlarda meydana gətirdiyi çoxsaylı
əsərlər Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində özünə
məxsus layiqli yer tutur.
Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli musiqi
mədəniyyətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş
görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyinin
keçirilməsini təmin etmək məqsədi ilə qərara alıb:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla,
bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq

















.jpg)

.jpg)



















