Hadisə
Məktəbin həyətində gənc oğlan bıçaqlandı - - VİDEO
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un xəbərinə görə, 1990-cı il təvəllüdlü Hüseynov Turxan Rauf oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
O, əvvəlcə həkimlərə yalan məlumat verib və yıxılaraq qarın nahiyəsinə dəmir batdığını deyib. Əməliyyat zamanı növbətçi cərrah Bəhram Zeynalov müəyyən edib ki, o, bıçaqlanıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinə məlumat verilib.
T.Hüseynov polislərə ilkin ifadəsində bildirib ki, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən 13 saylı tam orta məktəbin həyətində tanışı ilə mübahisə edib. O, bıçaq xəsarəti alaraq özü xəstəxanaya gəlib.
Cərrah B.Zeynalov bildirib ki, yaralının həyatı üçün təhlükə yoxdur. Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı idarədə araşdırmalara başlanılıb.
-
Magazin213:40Rusiyanın məşhur reperi evində gülləndi
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO




































